Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

Giriş

Oxu müddəti: ~1 dəq.

Bundan əvvəlki fəsillərdə canlıların qalıqlarının araşdırılması üsulu ilə təkamül nəzəriyyəsinin yanlışlığı müzakirə edilmişdir. Əslində biz bu mövzuya toxunmaya bilmərik, çünki təkamül nəzəriyyəsi bu araşdırmalardan çox-çox əvvəl süqut etmişdir. Planetimizdə canlıların necə meydana gəlməsi sualı bu nəzəriyyəni mənasız etdi. Bu suala cavab olaraq təkamül nəzəriyyəsi həyatın təsadüfən yaranmış hüceyrədən meydana gəldiyini iddia edir. Təkamül nəzəriyyəsi tərəfdarları iddia edir ki, təxminən 4 milyard il bundan əvvəl bəzi qeyri-üzvi elementlərin reaksiyası nəticəsində, şimşək və titrəyişlərin təsiri altında ilkin həyat hüceyrəsi meydana gəlmişdir. Amma bu günə qədər canlı hüceyrənin qeyri-üzvi elementlərdən yaranması elmi tədqiqatlar və müşahidələrlə isbat olunmamışdır. Tam əksinə, hər bir araşdırma yeni canlı orqanizmin digər bir canlı orqanizmdən əmələ gəlməsini təsdiqləyir. Hər canlı hüceyrə ikiyə parçalanma yolu ilə çoxalır. Bu günə qədər hətta ən müasir laboratoriyada heç kim canlı olmayan kimyəvi elementlərdən canlı hüceyrə əmələ gətirə bilməmişdir. Bütün bu faktlara baxmayaraq təkamül nəzəriyyəsi canlı hüceyrənin planetimizin ibtidai atmosferində təsadüfən əmələ gəldiyini iddia etməkdədir. Bundan sonra gələn fəsillərdə biz təkamül nəzəriyyəsi iddialarının elm və müasir texnoloji kəşflərə zidd olduğunu müzakirə edəcəyik.