Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

"Canlı Həyat" Anlayışı Molekulların Məcmusu Anlayışından Daha Genişdir

Oxu müddəti: ~2 dəq.

dna, enzim

Yuxarıda sadalanan məntiqsizlikləri, mümkün olmayan məsələləri bir anlığa yaddan çıxaraq və zülal molekulunun ən uyğun olmayan şərtlərdə, məsələn, ilkin atmosferdə təsadüfən yaranmasını fərz edək.

Yalnız zülalın əmələ gəlməsi kifayət deyil. Bu zülal digər zülalların öz-özünə əmələ gəlməsini gözləməli və eyni zamanda bu nəzarətsiz mühitdə bütövlüyünü və nizamını qorumalıdır... Bu gözləmə milyonlarla müvafiq zülalın "təsadüfən" birləşərək hüceyrəni əmələ gətirməsinə qədər davam etməlidir. Daha əvvəl əmələ gəlmiş zülallar yeni zülalların təsadüfən yaranmasını gözləməli və eyni zamanda ultrabənövşəyi şüalardan qorunaraq güclü mexaniki təsirlər nəticəsində dağılmamalıdır. Sonra zülallar kifayət edəcək sayda bir nöqtədə birləşərək hüceyrənin orqanellərini yaratmalıdır. Bununla birlikdə heç bir digər yad element, zərərli molekul yaxud zülalın faydasız zənciri bu prosesə müdaxilə etməməlidir. Hətta əgər bu orqanellər mütəşəkkil, planauyğun və bir-biri ilə əlaqəli şəkildə bir yerdə toplana və onlardan hər biri onlar üçün zəruri olan fermenti götürə, sonra qabıq bağlayaraq onu hər biri üçün ideal şərtləri təmin edən xüsusi maye ilə doldura bilsə, yəni bütün mümkün olmayan məsələlər həyata keçsə, bu molekul kütləsi öz-özünə həyat verə bilərdimi?

Şübhəsiz ki, cavab mənfidir: yox! Çünki tədqiqatlar göstərdi ki, həyatın əmələ gələ bilməsi üçün canlı orqanizmdə mövcud olan maddələrin yalnız birləşməsi kifayət deyil. Hətta həyat üçün zəruri olan bütün zülalları yığsaq və bir kolbaya yerləşdirsək, yenə də canlı hüceyrəni əldə etmək mümkün deyil. Bu istiqamətdə aparılan bütün tədqiqatlar nəticəsiz qalıb. Tədqiqat və müşahidələr göstərir ki, canlı həyat öz mənbəyini yalnız canlıdan götürür. Həyatın mənbəyinin cansız maddələr olması haqqındakı iddia kitabın əvvəlində də söyləndiyi kimi, bütün elmi tədqiqatlara və müşahidələrə zidd olan, ancaq təkamülçülərin xəyallarında mövcud olan nağıldır.

Bu isə o deməkdir ki, planetimizdə ilk həyatın mənbəyi Həyatdır. Bu da (Həmişə Var olan) Allahın xilqətidir. Həyat ancaq Onun izni və iradəsi ilə başlayır, davam edir və bitir. Canlı həyatın yaranışı mövzusu hələ bir yana dursun, təkamül nəzəriyyəsi hətta canlı orqanizm üçün zəruri olan materialın necə əmələ gəldiyini izah edə bilmir.

Kardiff Universitetinin tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqx həyatın təsadüfən yaranması fikri beyninə on illərlə yeridilən bir insan kimi bu həqiqət haqqında belə deyir:

"Bir alim kimi təhsil aldığım bütün müddət ərzində elm və şüurlu yaradılış anlayışının bir-birinə zidd olması fikri mənim beynimə yeridilmişdi. Şüurlu yaradılış fikrinə qarşı çıxmaq zəruri idi... Fəqət, indi mən Allaha inanmamaq üçün heç bir sübut tapa bilmirəm. Biz şüurlu düşünməyə alışmışıq və indi əmin olduq ki, həyatın necə əmələ gəlməsi sualının ən məntiqli cavabı onun Yaradan tərəfindən xəlq olunmasıdır, təsadüfi xaos deyil".124