Cədvəldən də göründüyü kimi, 500 amin turşusundan ibarət olan zülal molekulunun yaranma ehtimalı 10950-dən 1 təşkil edir (əgər 1 rəqəmindən sonra 950 sayda sıfır qoysaq, insan ağlına sığmayacaq bir rəqəm alınar). Ancaq bu ehtimal yalnız kağız üzərində mümkündür, çünki təcrübədə bu ehtimalın həyata keçmə dərəcəsi sıfırdır. Riyaziyyat elmində 1-in 1050-yə və ya bundan daha kiçik rəqəmə qarşı olması ehtimalının gerçəkləşməsi statistik olaraq sıfra bərabərdir.
Əgər 500 amin turşusundan ibarət zülal molekulunun təsadüfən əmələ gəlməsi bu dərəcədə mümkün deyilsə, siz istəsəniz beyninizi daha böyük rəqəmlərlə məşğul edə bilərsiniz. "Hemoqlobinin" zülalının bir molekulunda 574 ədəd amin turşusu var.
İndi təsəvvür edin ki, sizin bədəninizdə olan milyardlarla qan hüceyrəsinin hər birinin tərkibində 280 milyon hemoqlobin molekulu var. Təcrübələr və səhvlər üsulu ilə yalnız bir belə zülalın yaranması üçün bəşəriyyət tarixindən də böyük bir zaman tələb olunur. Yəni fərz etsək ki planetimizdə həyatın yarandığı gündən bəri amin turşuları səhv və təcrübə üsulu ilə zülal molekulunu əmələ gətirməyə cəhd göstərilib, bu zaman müddəti 10950-dən 1 ehtimalının həyata keçməsinə yenə də çatmır.
Buradan belə nəticəyə gələ bilərik ki, təkamül nəzəriyyəsi hətta bir zülal molekulunun yaranmasını açıqlaya bilmir.