Oxu müddəti: ~4 dəq.


Diqqətimizi müəyyən müddətə hüceyrədən ayıraq. Yüzlərlə növü hüceyrəni əmələ gətirən və özü də hüceyrənin tərkib hissəsi olan zülalın bir molekulunun "təbii üsulla" yaranması mümkün deyil. Amin turşusu adlanan molekulların müəyyən miqdarı və növü daha böyük bir molekulu meydana gətirir - zülalı. Bu molekullar canlı hüceyrənin təməlidir. Onların ən sadələrinin içində təqribən 50 amin turşusu var; elə növlər də var ki, onların tərkibində mindən çox amin turşusu mövcuddur. Məsələnin ən vacib tərəfi isə zülalın tərkib hissəsi olan bu amin turşularının biri artıq-əskik olarsa və ya yerini dəyişərsə, zülal yararsız molekul kütləsinə çevriləcək. Buna görə də hər amin turşusu öz yerində olmalıdır. Canlı həyatın "təsadüfən" əmələ gəlməsini iddia edən nəzəriyyənin düşdüyü çıxılmaz vəziyyət isə məhz bu sistematikliklə əlaqədardır. Çünki belə bir dahiyanə sistem "təsadüflərlə" izah oluna bilməz.
Zülalın funksional quruluşu "təsadüf" nəticəsində qətiyyən yarana bilməz, bunu adi ehtimalların hesablanması zamanı da görmək mümkündür.
Məsələn, fərqli sıralamaya malik, 12 növdə 10 üstü 300 müxtəlif forması olan 288 amin turşusundan ibarət zülal molekulunu fərz edək (Bu astronomik rəqəm bir rəqəmindən sonra 300 sayda sıfır artırılması yolu ilə alınır). Bu kombinasiyalardan ancaq biri faydalı zülalı əmələ gətirir. Digərləri isə yararsız, bəzən isə canlı orqanizm üçün zərərlidir.
Bir molekulun "təsadüfi" yaranma ehtimalı digərləri ilə birlikdə bu misalda 10 üstü 300-dən 1-ə bərabərdir. Təcrübədə bunun həyata keçməsi mümkün deyil, çünki riyaziyyat elmində 10 üstü 50-dən 1-in ehtimalı sıfır sayılır. 288 amin turşusundan ibarət olan zülalın quruluşu minlərlə amin turşusundan ibarət olan və canlı orqanizmi meydana gətirən böyük molekullarla müqayisədə sadədir. Əgər bu molekullara ehtimal nəzəriyyəsini tətbiq etsək, onda hətta "mümkün deyil" ifadəsi nəticəni ifadə etmək üçün kifayət olmayacaq. Canlı aləmin inkişafı prosesində bir addım irəliyə atsaq görərik ki, tək bir molekul öz-özlüyündə heç bir mənanı ifadə etmir. Hətta "Mykoplazma Hominis N39" adlanan ən kiçik bir bakteriyada da 600 növ zülal mövcuddur. Bu halda ehtimal nəzəriyyəsinə 600 növ zülal tətbiq etməliyik. Aldığımız rəqəmləri hətta "qeyri-mümkün" belə adlandıra bilmərik. Bu sətirləri oxuyan və təkamül nəzəriyyəsinə elmi fakt kimi inanan oxucular rəqəmlərin və digər məlumatın doğruluğuna şübhə ilə yanaşa bilərlər. Xeyr, bütün məlumatlar obyektiv və doğrudur. Heç bir təkamülçü bu rəqəmləri inkar edə bilməz. Təkamülçülər bir meymunun çap maşının arxasına oturub necə gəldi heç bir səhvsiz bir bəşəriyyət tarixini yaza biləcəyini mümkün görmədikləri kimi zülalın da təsadüfən meydana gələ biləcəyinin mümkün olmadığını qəbul edirlər.94 Buna baxmayaraq onlar canlının yaradılması olunmasını qəbul etmək əvəzinə isbatı mümkün olmayan iddialarını müdafiə edirlər.
Təkamülçülərin çoxu obyektiv həqiqətlə razılaşmaq məcburiyyətindədir. Məsələn, məşhur təkamülçü alim Harold Blum belə deyir: "Ən kiçik zülalın belə təsadüfən yaranması mümkün deyildir".95
Təkamülçülər iddia edirlər ki, molekulyar təkamül çox uzun zaman davam edib və bu da mümkün olmayanı mümkün edib. Fəqət, bu proses nə qədər uzun müddət davam etsə də amin turşuları zülalı təsadüf nəticəsində əmələ gətirə bilməzlər. Amerikalı geoloq Uilyam Stouks özünün "Essentials of Earth Nistroy" adlı kitabında belə deyir: "Əgər bir neçə milyard il ərzində bir neçə milyard planetin səthi maye şəkli amin turşuları ilə dolu olsaydı, yenə də zülal yarana bilməzdi".96
Bəs onda bütün bunlar nə anlama gəlir? Bu suala kimya professoru Perri Rivz belə cavab verir: "İnsan amin turşularının təsadüfi birləşməsi nəticəsində əmələ gələn müəyyən növ quruluşlar haqqında düşündükdə istər-istəməz belə bir üsulla canlıların yaranmasının ağlasığmaz olduğunu dərk edir. Bütün bu proseslərin Uca Yaradan tərəfindən həyata keçirildiyini qəbul etmək məntiqə daha uyğundur".97
Zülalın təsadüfən əmələ gəlməsi mümkün olmadığı kimi milyonlarla zülalın lazımi qaydada birləşərək insan huceyrəsini əmələ gətirməsi də milyard dəfə mümkün deyil.
Bundan başqa, hüceyrə yalnız zülallardan ibarət deyil. Hüceyrə quruluşuna və funksiyalarına görə qruplaşan nuklein turşulardan, piylərdən, vitaminlərdən, elektrolitlərdən və digər kimyəvi elementlərdən ibarətdir. Bu elementlərdən hər biri müxtəlif orqanellərin təməlini əmələ gətirir və ya yardımçı molekulun funksiyasını yerinə yetirir.
Nyu-York Universitetinin kimya professoru və DNT üzrə mütəxəssis Robert Şapiro adi bakteriyada olan 2000 növ zülalın yaranma ehtimalını hesablamışdır. Nəticədə 10 40000-dən 1 ehtimalı alınmışdır (bu ağlasığmaz rəqəmdə 1 sayından sonra 40000 ədəd sıfır var).98 Kardiff Universitetinin tətbiqi riyaziyyat və astronomiya professoru Sandra Uikramasinqx bu rəqəm haqqında belə deyir:
"Bu rəqəm (10 40000) Darvini və onun nəzəriyyəsini "yerə basdırmaq" üçün kifayətdir. Planetdə və ya digər bir yerdə içində həyatın yarana biləcəyi ilkin şorba yox idi. Həyat təsadüfən yaranmadığına görə o, şüurlu və məqsədyönlü bir yaradılışın məhsuludur".99
Ser Fred Hoyl bu rəqəmlər haqqında belə deyir:
"Həyat Şüurlu Yaradan tərəfindən xəlq edilmişdir və bu o qədər aydındır ki, bəzən istər-istəməz bir çoxlarının bunu niyə qəbul etmədiyi məsələsi insanı düşündürür. Bunun səbəbi elm deyil, psixoloji faktordur".100
F.Hoyl "psixoloji faktor" deyəndə özlərini canlı həyatın Yaradan tərəfindən xəlq edilməsi faktını qəbul etməməyə kökləyən təkamülçülərin asılılığını nəzərdə tutur. Onların əsas məqsədi Allahın varlığını inkar etməkdir. Bu məqsədə görə onlar öz ağlasığmaz ideya və fikirlərini müdafiə edirlər.
