Oxu müddəti: ~3 dəq.

Çıxılmaz vəziyyətdə qalan təkamülçü tədqiqatçılar "su problemi" haqqında ağlasığmaz ssenarilər düşünməyə başladılar. Onlardan ən məşhuru olan Sidney Foks bu məsələni həll etmək üçün yeni nəzəriyyə ortaya atdı: okeanda yaranan amin turşuları dərhal vulkanlarla yanaşı qayalı yerlərə daşınmışlar. Tərkibində amin turşusu olan su qayalıq mühitin yüksək temperaturunun təsiri nəticəsində buxarlanmışdır. Nəticədə "qurumuş" amin turşuları zülalın yaranması üçün birləşə bilərdilər.
Fəqət, vəziyyətdən belə "çətin" çıxış yolu heç kim tərəfindən qəbul olunmadı. Çünki amin turşuları Foksun bəhs etdiyi temperaturun təsirinə dözə bilməzdilər. Tədqiqatlar göstərdi ki, amin turşuları yüksək temperaturun təsiri nəticəsində mütləq dağılırlar.
Amma Foks təslim olmurdu. Laboratoriyada "xüsusi şəraitdə" sadələşdirilmiş amin turşuları quru mühitdə qızdırılıb birləşdirildi. Amin turşuları birləşdirildi, amma zülal yenə də əldə oluna bilmədi. Alınan maddə amin turşularının sadə, qeyri-mütəşəkkil birləşməsi idi və zülala heç cür bənzəmirdi. Bundan əlavə, əgər Foks amin turşularını daimi temperaturun təsiri altında saxlasaydı, bu halda amin turşularının əmələ gəlmiş faydasız silsiləsi də dağılardı.110
Təcrübəni məntiqsiz edən bir məsələ də ondan ibarətdir ki, Foks öz tədqiqatında Millerin bir zamanlar əldə etdiyi amin turşularından deyil, canlı orqanizmlərdə olan amin turşularından istifadə etmişdir. Halbuki o, Miller tədqiqatının nəticələrinə əsaslanmalı idi. Amma nə Foks, nə də digərləri Miller tərəfindən əldə edilən faydasız amin turşularından istifadə etməmişlər.111
Foksun tədqiqatı hətta təkamülçülər tərəfindən də qəbul edilməmişdi, çünki bu təcrübədə əldə olunan amin turşularının (proteinoidlərin) belə mənasız zəncirləri təbii şərtlərdə əmələ gələ bilməzdi.
"Sidney Foks və digər tədqiqatçılar xüsusi qızdırıcı texnikadan istifadə edərək "proteinoid" adlanan amin turşusu birləşmələrini planetimizin ilkin dövründə mövcud olmayan şərtlərdə əldə etmişlər. Bununla belə bu amin turşuları canlı orqanizmlərin zülallarına heç də bənzəmir və xaotik, mənasız ləkələr mahiyyətini daşıyırlar. Hətta əgər ilkin olaraq bu molekullar mövcud olsaydı belə onlar sonradan mütləq dağılacaqdı".112
Foksun əldə etdiyi proteinoidlər struktur və funksiya baxımından zülala həqiqətən də bənzəmirlər. Onların arasındakı fərq mürəkkəb, yüksək texnoloji cihazlarla metal yığını arasındakı fərqə bənzəyir.
Bundan əlavə, bu faydasız amin turşuları hətta ilkin atmosferdə yaşamaq imkanına malik olmazdı. Planetimizə çatan ultrabənövşəyi şüalar, dağıdıcı fiziki və kimyəvi təsiri olan idarəolunmaz təbii iqlim dəyişiklikləri proteinlərin dağılmasına səbəb olardı. Ultrabənövşəyi şüalardan qorunmaq üçün amin turşularının suda mövcud olması isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar nəticəsində protenoidlərin həyatın başlanğıcı olması fikri elmi dairələrdə öz qüvvəsini itirmişdir.
