Oxu müddəti: ~2 dəq.

Bundan əvvəlki mövzuların təhlili göstərir ki, təkamül nəzəriyyəsi molekulyar mərhələdə artıq çıxılmaz vəziyyətdədir. Təkamülçülər amin turşusunun yaranması məsələsinə aydınlıq gətirə bilmədilər. Zülalın yaranması isə öz-özlüyündə bir müəmmadır. Üstəlik, məsələ zülal və amin turşusu ilə məhdudlaşmır, bu, hələ başlanğıcdır. Təkamülçülərin üzləşdiyi ən böyük problem əslində hüceyrə adlanan unikal canlı orqanizmdir. Çünki hüceyrə ancaq amin turşularından meydana gələn zülal yığımından ibarət deyildir. Əksinə, bu canlı orqanizm yüzlərlə inkişaf etmiş və elə o qədər də mürəkkəb olan sistemlərdən ibarətdir ki, insan hələ də onun bütün sirlərini aça bilmir.
Bu sistemlər hələ bir yana dursun, təkamülçülər zülalın struktur hissəsinin necə yaranmasını da açıqlaya bilmir.
Sadə molekulun əmələ gəlməsini ardıcıl olaraq açıqlaya bilməyən təkamül nəzəriyyəsi genetika elminin inkişafı və nukleid turşuların, DNT və RNT-nin kəşf olunması nəticəsində yeni bir problemlə üzləşdi. 1955-ci ildə Ceyms Uatsonun və Frensis Krikin tədqiqatları nəticəsində DNT strukturunun heyrətamiz dərəcədə mükəmməlliyi məlum olmuşdur. İnsanın 100 trilyon hüceyrəsinin hər birinin nüvəsində yer alan DNT molekulunun tərkibində insan orqanizminin quruluşunun unikal planı var. İnsan barədə hər bir məlumat - zahiri görünüşdən daxili orqanlara qədər - DNT-də kodlanmışdır. DNT-dəki məlumat DNT-ni meydana gətirən 4 molekulun kombinasiyası ilə kodlaşdırılıb. Nukleotid (və ya bünövrə) adlanan bu molekullar A, T, Q, S adlarının baş hərfləri ilə ifadə olunurlar. İnsanlar arasındakı fiziki fərqlər bu hərflərin müxtəlif birləşmələrindən qaynaqlanır. Bu, bir növ dörd hərfdən ibarət əlifbası olan məlumat mərkəzidir. DNT-dəki bu hərflərin kombinasiyası orqanizmin quruluşunu incəliyinə qədər müəyyən etməkdədir.
Boy, gözlər, saçlar, dərinin rəngi haqqında məlumat və bədənin 206 sümüyündən, 600 əzələsindən ibarət planı, 10 min eşitm�� siniri ucluğundan, 2 milyon göz siniri reseptorundan, 100 milyon sinir hüceyrəsindən və ümumiyyətlə 100 trilyon hüceyrədən meydana gələn şəbəkə - bunların hamısı hər hüceyrənin DNT-sində qabaqcadan planlaşdırılıb. Əgər bütün bu genetik məlumatları kağız üzərində yazmaq istəsək, bu halda hər birində 500 səhifə olan 900 cild kitabdan ibarət bir kitabxana əmələ gələcək. Buna baxmayaraq bu qədər ətraflı məlumat DNT-nin "gen" adlanan müəyyən hissələrində kodlaşdırılıb.
