Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

Millerin Təcrübəsini Puça Çıxaran Faktlar

Oxu müddəti: ~4 dəq.

Amin turşularının planetimizdə ilkin atmosferdə öz-özünə əmələ gəlməsini subut etmək üçün həyata keçirilən Miller təcrübəsi aşağıdakı amillərlə hərtərəfli şəkildə puça çıxarılır

1. Əmələ gəlmiş amin turşuları həmin an "soyuq tələ" adlanan mexanizmlə təcrid olunmuşlar.

Əks təqdirdə amin turşularının əmələ gəldiyi mühitin şərtləri bu molekulları həmin andaca parçalayardı.

Təbii ki, planetimizin ilkin mühitində bu cür şüurlu bir mexanizm mövcud deyildi. Bu mexanizm olmadan isə zülalların parçalanması qaçılmazdır. Kimyaçı Riçard Blissin də vurğuladığı kimi: "Əgər "soyuq tələ" olmasaydı, kimyəvi maddələr elektrik enerjisinin təsiri altında parçalanardılar".102

Miller daha əvvəl həyata keçirilmiş tədqiqatlar zamanı "soyuq tələ"dən istifadə etməmiş və nəticədə heç bir amin turşusu əldə etməmişdi.

2. Miller tədqiqatındakı ilkin atmosfer saxta idi.

XX əsrin 80-ci illərində alimlər planetimizdəki ilkin atmosferin metan və ammonyakdan deyil, azot və karbon-dioksiddən ibarət olduğu haqqında yekdil fikrə gəlmişlər. Miller təcrübədə istifadə etdiyi mühitin həqiqi olmamasını uzun müddət susduqdan sonra özü də etiraf etdi.103

Görəsən, Miller nə üçün bir vaxtlar bu qazlı məhlul üstündə belə israr edirdi? Cavab sadədir: amin turşusunun sintezi ammonyaksız mümkün deyil. Kevin MakKin "Disçover" jurnalındakı məqaləsində bunu belə izah edir:

"Miller və Uri metanla ammonyakı qarışdıraraq planetimizin ilkin atmosferini təqlid etmişlər. Bununla belə son tədqiqatlar göstərir ki, planetimizin ilkin mühiti yüksək temperaturla xarakterizə edilmiş, planetimiz nikel və dəmir ərintisindən ibarət olmuşdur. Bu da atmosferin tərkibinin ammonyak və metanın əksinə olaraq üzvi molekulların əmələ gəlməsi üçün əlverişli olan azot, karbon-dioksid qazı və su buxarından ibarət olduğu anlamına gəlir.104

Amerikalı alimlər Ferris və Çen karbon-dioksid, hidrogen, azot və su buxarından istifadə edərək Miller təcrübəsini təkrar etmiş, lakin nəticədə heç bir dənə də amin turşusu əldə edə bilməmişlər.105

3-Miller təcrübəsinin yalan olduğunu göstərən digər bir məsələ isə budur ki, amin turşularının atmosferdə əmələ gəldiyi fərz edilən dövrdə atmosferdə bütün amin turşularını dağıtmaq üçün kifayət edə biləcək qədər oksigen mövcud idi.

Millerin diqqət yetirmədiyi bu məsələ də daşlar üzərində qalan və yaşı 3,5 milyard il olan dəmir və uran turşuları ilə izah olunur.106

Digər tədqiqat və kəşflər də göstərdi ki, o dövrdə oksigenin miqdarı zənn ediləndən xeyli artıq olmuşdur. Ultrabənövşəyi şüaların planetimizə təsiri təkamülçülərin iddia etdiyindən 10 min dəfə artıq olmuşdur. Sıx ultrabənövşəyi şüalar su buxarını və karbon-dioksidi parçalayaraq oksigeni əmələ gətirmişdir.

Bu həqiqət oksigeni nəzərə almayan Miller təcrübəsini etibarsız və lazımsız hala gətirdi. Əgər təcrübə zamanı oksigendən istifadə olunsaydı, bu halda metan karbon-dioksidə və suya, ammonyak isə azota və suya çevrilərdi. Digər tərəfdən, oksigenin mövcud olmadığı mühitdə (ozon təbəqəsinin olmamasına görə) amin turşuları ultrabənövşəyi şüaların təsiri altında parçalanacaqlar. Nəticədə planetimizin ilkin atmosferində oksigenin mövcud olması və ya olmaması amin turşularının parçalanmasına səbəb olacaq.

4. Miller təcrübəsi nəticəsində eyni zamanda canlı orqanizmin bütünlüyünü və funksiyalarını pozan üzvi turşular əmələ gəlmişdi.

Əgər bu amin turşuları təcrid olunmasaydı, bu halda kimyəvi reaksiyanın təsiri nəticəsində onlar parçalanar və ya digər birləşmələrə çevrilərdi. Bundan əlavə, təcrübə nəticəsində çoxlu D amin turşusu əmələ gəlmişdi.107TBelə amin turşularının mövcudluğu isə təkamül nəzəriyyəsini onun hətta başlanğıcında iflasa uğradır. Çünki D amin turşuları canlı orqanizmin tərkibində mövcud deyil. Son olaraq da amin turşularını əmələ gətirən məhlul dağıdıcı turşuların qarışığından ibarət idi, bunlar isə faydalı molekullara dağıdıcı təsir göstərirdi, yəni bu şərtlər canlı həyatın burada əmələ gəlməsi üçün əlverişli deyildi. Bütün bunlar belə bir həqiqəti göstərir ki, Miller təcrübəsi planetimizdə ilkin şərtlərdə canlı həyatın yarana biləcəyi ehtimalını sübut etmir və bu təcrübə şüurlu şəkildə idarə edilən, amin turşularının sintezinə istiqamətlənən bir laboratoriya təcrübəsidir. Bu təcrübə zamanı istifadə edilmiş qazların növü və miqdarı amin turşularının əmələ gəlməsi üçün ən uyğun nisbətdə seçilmişdi. Bu həqiqət istənilən kimyəvi reaksiyanı əldə etmək üçün istifadə edilən enerjinin miqdarına da şamil edilə bilər. Təcrübədə istifadə edilmiş cihaz planetimizin ilkin şərtlərində mövcudluğu mümkün olmayan bir tərzdə və amin turşularını bütün dağıdıcı təsirlərdən, elementlərdən təcrid edəcək xüsusiyyətdə işlədilmişdi. Təcrübədə ilkin atmosferdə mövcud ola bilən və reaksiyanın nəticəsinə təsir edə bilən minerallardan, birləşmələrdən və elementlərdən də istifadə olunmamışdı. Bu elementlərdən biri də oksidləşdiyi zaman amin turşularının dağılmasına səbəb olan oksigendir. Nəhayət, hətta ideal laboratoriya şəraitində də amin turşularının təbii şərtlərin təsiri altında dağılmasının qarşısını almaq üçün "soyuq tələ" mexanizmindən istifadə etməmək olmur.

Nəticədə təkamülçülər öz nəzəriyyələrini Miller təcrübəsi sayəsində öz əlləri ilə iflasa uğratdılar. Çünki təcrübə sübut etdi ki, amin turşuları ancaq xüsusi laboratoriya şəraitində, özü də şüurlu müdaxilə nəticəsində əldə edilə bilər. Yəni canlını meydana gətirən qüvvə yalnız Yaradandır, kortəbii təsadüf deyildir. Amma təkamülçülərin elmə zidd olan ideyaları açıq-aydın həqiqəti qəbul etməkdə onlara mane olur. Öz tələbəsi Millerlə bu təcrübəni həyata keçirən Harold Uri belə bir etirafı dilə gətirir:

"Həyatın yaranmasını araşdıran hər birimiz nə qədər tədqiqat aparsaq da belə nəticəyə gəlirik: canlı həyat o qədər mürəkkəbdir ki, inkişafının heç bir mərhələsində təkmilləşə bilməz. Fəqət, biz öz ideyalarımıza əsaslanaraq inanırıq ki, həyat cansız olanlardan əmələ gəlmişdir. Buna baxmayaraq bu mürəkkəblik, komplekslilik o qədər böyükdür ki, bizə təkamül prosesini təsəvvür etmək çox çətindir".108