Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

Uğursuz Addım: Miller Təcrübəsi

Oxu müddəti: ~3 dəq.

Stenli Miller zülalın tərkibini meydana gətirən amin turşularının milyard il bundan əvvəl cansız mühitdə təsadüfən əmələ gələ biləcəyini təcrübə yolu ilə sübut etmək istəyirdi. Təcrübə zamanı Miller tərkibi ammonyakdan, metandan, hidrogendən və su buxarından ibarət qaz qarışığından istifadə etmişdi (Miller fərz edirdi ki, bu qarışıq ilkin atmosferdə mövcud idi, fəqət, sonra bu fərziyyənin səhv olduğu məlum oldu). Bu qazlar təbii şəraitdə reaksiyaya girə bilmədiyi üçün Miller onlara elektrik cərəyanı ilə təsir göstərir, bununla da şimşəyi təqlid edirdi, çünki ilkin atmosferdə enerjinin şimşəkdən alınması zənn olunurdu. Bu qarışıq 100 S temperaturda bir həftə içərisində qaynadılır və qarışığa sistematik olaraq elektrik cərəyanı verilirdi. Həftənin axırında hemosintez analizi göstərdi ki, zülalın bünövrəsini təşkil edən 20 amin turşusundan cəmi üçü meydana gəlib.

Təkamülçülər buna çox sevindilər və təcrübə çox uğurlu hesab edildi. Bəzi nəşrlər isə ilk səhifələrində "Miller həyatı yaratdı" başlıqlı məqalələri yerləşdirirdilər. Bununla belə Millerin təcrübəsi nəticəsində alınan molekullar "cansız" idi.

Əldə olunan nəticələrdən ilhamlanan təkamülçülər yeni fikri ortaya atdılar. Yeni fərziyyəyə görə, amin turşuları təsadüf nəticəsində müvafiq qaydada birləşir və zülalı əmələ gətirir. Təsadüf nəticəsində əmələ gələn zülallardan bəziləri "necəsə" əmələ gələn və hüceyrə membranına bənzəyən strukturun içində peyda olurlar. Bu zülallar hüceyrəni meydana gətirir. Hüceyrələr isə öz növbəsində tədricən bir-birinə yaxınlaşaraq birləşir və canlı orqanizmi əmələ gətirirlər. Halbuki bu fikrin əsası olan Miller təcrübəsi əslində açıq-aşkar yalandır.