Oxu müddəti: ~2 dəq.
Göstərdiyimiz misallar haqqında vacib bir həqiqəti diqqətinizə yetirmək istəyirik: ehtimalların hesablanması zülalın təsadüfən yaranmasının mümkün olmadığını subut edir. Fəqət, digər bir məsələ də var ki, təkamül nəzəriyyəsi tərəfdarları onu açıqlaya bilmirlər: əslində təbiətdə belə bir proses hətta başlaya bilməz, çünki təbiətdə zülalı sınaqlar və səhvlər yolu ilə əmələ gətirməyə cəhd göstərən bir mexanizm yoxdur.
Tərkibi 500 amin turşusundan ibarət olan zülalın yaranma ehtimalını gostərmək üçün cədvəldə verilən hesablamaların nəticələri ancaq sınaqlar və səhvlər üsulunun ideal şəraitində (həyatda isə buna rastlanmır) etibarlıdır. Yəni əgər fərz etsək ki hansısa bir güc 500 dənə amin turşusunu təsadüfi birləşdirib, amma bu birləşmənin səhv olduğunu anlayaraq onu parçalayıb yenidən yeni qaydada birləşdirməyə başlayır, onda bu cür fərz edilən mexanizm vasitəsilə zülalın əmələ gəlmə ehtimalı 10950-dən 1-ə bərabərdir. Hər tədqiqat zamanı amin turşularını yenidən müəyyən ardıcıllıqla birləşdirmək və ayırmaq zərurəti ortaya çıxacaq. Hər yeni cəhd zamanı sintez dayandırılmalıdır, uyğun olmayan bir ədəd belə amin turşusunun reaksiyaya girməsinin qarşısı alınmalı, zülalın əmələ gəlib-gəlməməsi nəzarətdə saxlanmalı, əgər zülal əmələ gəlməyibsə, bütün zəncir parçalanmalı və proses yenidən başlanmalıdır.
Bununla belə heç bir yad kimyəvi element prosesdə iştirak etməməlidir. Tədqiqat zamanı 500 halqanın tamamlanması vacib şərtdir, yalnız bundan sonra yeni tədqiqat cəhdi həyata keçirilə bilər. Yəni yuxarıda bəhs edilən bütün ehtimallar, onların başlaması, bitməsi və hər mərhələsi "amin turşularının yalnız seçilməsini" təsadüfə bağlayan şüurlu mexanizmin nəzarəti altındadır. Təbiətdə belə mexanizmin mövcud olması mümkün deyil. Buradan belə nəticəyə gəlmək olar ki, zülalın təbiətdə əmələ gəlməsi sırf texniki baxımdan ("təsadüfən" sözü ola bilməz) mümkün deyil. Belə ehtimalın mövcudluğu haqqındakı istənilən fikir isə istisnasız olaraq qeyri-elmi bir yanaşma olacaq.
Fəqət, bəzi məlumatsız təkamülçülər bu həqiqəti heç cür anlaya bilmir. Onlar zülalın sintezini sadə kimyəvi reaksiya adlandıraraq belə gülünc nəticələrə gəlirlər: "Amin turşuları qarşılıqlı təsir nəticəsində zülalı əmələ gətirirlər". Əslində isə üzvi olmayan mühitdə həyata keçən ani kimyəvi reaksiyalar miqdarı və növü müəyyən və məhdud olan primitiv birləşmələri meydana gətirir. Daha mürəkkəb kimyəvi maddəni əldə etmək üçün böyük fabriklərə, kimyavi qurğulara, laboratoriyalara ehtiyac var. Dərmanlar, gündəlik olaraq istifadə olunan kimyəvi maddələr buna misal göstərilə bilər.
Zülalların quruluşu isə sənayedə istehsal olunan kimyəvi maddələrdən də mürəkkəbdir. Beləliklə, zülalın əmələ gəlməsi planlaşdırma və mühəndislik möcüzəsidir və sadə kimyəvi reaksiya nəticəsində zülal əmələ gələ bilməz.
Zülalın təsadüfi quruluşuna imkan verməyən amilləri müəyyən müddətə bir kənara qoyaraq fərz edək ki, biomolekul təsadüfən yaranıb. Amma hətta bu təqdirdə də təkamül nəzəriyyəsi iflasa uğrayacaq, çünki zülalın meydana gəlməsindən sonra onun yaşaması üçün zülalı təbii şərtlərdən təcrid etmək və xüsusi şərtləri təmin etmək lazımdır. Əks təqdirdə zülal planetimizdəki zahiri amillərin təsiri nəticəsində parçalanacaq yaxud digər amin turşuları və kimyəvi maddələrlə reaksiyaya girərək fərqli bir maddəyə çevriləcək və spesifik xüsusiyyətini itirəcək.
