Oxu müddəti: ~3 dəq.
Darvinin yaşadığı dövrdə hüceyrənin mürəkkəb quruluşu haqqında məlumat yox idi. Buna görə də o dövrdə yaşayan təkamülçülər Yer kürəsində canlı aləmin yaranmasının haqqındakı suala "Təsadüf və ya təbii proseslər nəticəsində" cavabını verirdilər. Onlar öz cavablarını əsaslı zənn edirdilər.
Ancaq XX əsrdə hüceyrəni tədqiq etməyə imkan verən müasir texnologiya göstərdi ki, hüceyrə insanın indiyə qədər rast gəldiyi ən kompleks bir sistemdir. Bu gün hər kəs bilir ki, hüceyrədə enerjinin hazırlanması üçün mərkəzlər, həyat fəaliyyəti üçün zəruri olan ferment və hormonları hazırlayan "fabriklər", istehsal olunmuş məmulatlar haqqında məlumatın toplandığı "məlumat mərkəzi", məmulatların və xammalın "nəqliyyat sistemi", "su boruları", ətraf mühitdən gələn maddələrin təmizlənməsi üçün "laboratoriya" və "fabriklər" yerləşir. Bütün bunlar hüceyrənin kompleks quruluşunun ancaq kiçik bir hissəsidir. Təkamülçü alim U.Torp yazırdı: "Ən sadə hüceyrənin mexanizmi insanın bu günə qədər istehsal etdiyi və istehsal etmək arzusunda olduğu avtomobildən daha mürəkkəbdir".92 Süni hüceyrəni yaratmaq cəhdləri həmişə nəticəsiz olub. Buna görə də bu gün heç kim süni hüceyrə hazırlamasını qarşısına məqsəd qoymur və bu istiqamətdə heç bir tədqiqat aparmır.
Bütün bu faktları inkar edən təkamül nəzəriyyəsi canlıların yaranmasını "təsadüflərə" bağlayır. Bunu nəşriyyatda baş vermiş partlayış nəticəsində ensiklopediyanın yaranmasına oxşatmaq olar.
Hüceyrənin təsadüfən yaranması haqqında buna bənzər bir fikri ingilis riyaziyyatçısı və astronomu Fred Hoyl 1981-ci il, noyabrın 12-də "Nature" jurnalında bildirmişdi
"Bunu küləyin təsiri nəticəsində "Boinq-747" təyyarəsinə çevrilən metal yığınına bənzətmək olar".93
Yəni hüceyrənin təsadüfən yaranması mümkün deyil və şübhəsiz, hüceyrə kiminsə tərəfindən yaradılıb.
Təkamül nəzəriyyəsinin iddia etdiyi hüceyrənin təsadüfən meydana gəlməsi fikrini alt-üst edən və qeyri-mümkün hala gətirən ən əsas fakt hüceyrənin kompleks və mürəkkəb quruluşudur.
Təkamül nəzəriyyəsi hüceyrənin kompleks quruluşu səbəbi ilə onun təsadüfi yaranması iddiasını açıqlaya bilmir. Canlı hüceyrə onun içində harmonik şəkildə fəaliyyət göstərən bir çox tərkib hissənin sayəsində yaşayır. Bu hissələrdən biri olmasa, hüceyrə məhv olar. Hüceyrə təbii mutasiya və seleksiya kimi şüursuz proseslərin onun inkişafına təsirini gözləyə bilməz. Deməli, planetimizdə yaranmış ilk hüceyrə onun həyatını müəyyən edən bütün hissəciklərdən ibarət olmalı və lazımi funksiyalara malik olmalıdır; bu da hüceyrənin xilqəti anlmına gəlir.
