Oxu müddəti: ~1 dəq.

Bütün sadalananlara baxmayaraq təkamül nəzəriyyəsinin düşdüyü dalanın problemləri bunlarla bitmir.
Zülalın yaranması üçün müxtəlif amin turşularının müəyyən miqdarda və ardıcıllıqda zəncir əmələ gətirməsi və üçüncü struktur şəklini alması kifayət deyil. Birdən çox rabitəsi olan amin turşularının molekulları bir-biri ilə ancaq "peptid" əlaqə ilə birləşə bilərlər.
Amin turşuları bir-biri ilə müxtəlif şəkildə birləşə bilər, ancaq zülallar yalnız peptid əlaqə ilə birləşən amin turşularından yaranır.
Nümunə olaraq bütün lazımi hissələri mövcud olan bir avtomobili təsəvvür edək. Fəqət, bu avtomobilin təkərlərdən biri avtomobilə boltla deyil, məftillə birləşdirilib və yerə şaquli deyil, üfüqi vəziyyətdədir. Bu avtomobilin mühərriki istər güclü olsun, istərsə də yüksək texnologiyaya malik olsun, avtomobil heç bir metr də irəliləyə, hərəkət edə bilməz. İlk təsəvvürdə bizə elə gəlir ki, bütün hissələr yerindədir, amma düzgün birləşdirilməyən bir təkər avtomobili hərəkətsiz hala gətirir. Eyni qayda zülal molekulunda da təkrarlanır: bir amin turşusunun qeyri-peptid əlaqə ilə birləşməsi bütün zülalı yararsız hala gətirir.
Tədqiqatların nəticələrinə görə, amin turşularının bir-biri ilə təsadüfi peptid əlaqə ilə birləşməsi maksimum 50 faiz təşkil edə bilər. Qalanları isə zülalın strukturunda olmayan rabitə ilə birləşir. Zülalın təsadüfi yaranma ehtimalını hesablayarkən (bütün amin turşularının L şəklində olmasının zəruriliyini nəzərə almaqla) unutmaq olmaz ki, hər amin turşusu özündən sonrakı və əvvəlki ilə ancaq peptid əlaqə ilə birləşməlidir. Bu ehtimal L amin turşularının ehtimalına bənzəyir. Yəni əgər 400 amin turşusundan ibarət zülalı araşdırsaq, onda amin turşularının təsadüfi əlaqə ilə birləşmə ehtimalı 2 399-dan 1-ə bərabər olacaq.
