Oxu müddəti: ~5 dəq.

Burada bir məsələyə diqqət yetirməliyik ki, genin tərkibindəki nukleotidlərin ardıcıllığında hər hansı bir səhv meydana gələrsə, bu, genin dağılmasına səbəb olar. Əgər insan orqanizminin 200 min gendən ibarət olduğunu fərz etsək, onda geni meydana gətirən milyonlarla nukleotidin ardıcıllığının və nizamının təsadüfi olduğunu təsəvvür etmək qətiyyən mümkün deyil. Təkamülçü bioloq Frenk Salisberi bu mövzuda belə deyir:
"Zülalın molekulu orta hesabla 300 amin turşusundan ibarətdir. Onun zəncirvari quruluşunu müəyyən edən DNT-də təxminən 1000 nukleotid saxlanılır. Əgər nəzərə alsaq ki hər bir DNT zəncirinin tərkibində 4 növ nukleotid var, onda 1000 nukleotiddən ibarət sıra 4 1000 variantda düzülə bilər. Adi loqarifmik hesablama nəticəsində əldə olunan rəqəm insan şüuruna yerləşmir".113
41000 rəqəmi "adi loqarifmik hesablamanın" nəticəsində 10620-yə bərabərdir. 10620 isə 1 sayından sonra 620 sıfırı olan rəqəm deməkdir. 10 sayından sonra 11 sıfır artıq trilyona bərabərdir, 620 sıfırı olan rəqəm isə insan tərəfindən həqiqətən dərkolunmazdır.
Fransız təkamülçüsü Pol Oqer DNT və RNT-nin təsadüfən yaranmasının mümkün olmadığını belə açıqlayır:
"Məncə, nukleotid kimi mürəkkəb molekulun təsadüfi kimyəvi reaksiya nəticəsində əmələ gəlmə prosesini iki mərhələyə ayırmaq lazımdır: həyata keçməsi mümkün olan ayrı-ayrı nukleotidlərin yaranma mərhələsi və onların bir-biri ilə silsilə şəklində birləşməsi mərhələsi. Məhz bu ikinci mərhələnin həyata keçməsi mümkün deyil".114

Uzun illər təkamülçülərin molekulyar nəzəriyyəsinə inanan professor Frensiz Krik də DNT-nin kəşf olunmasından sonra etiraf etmişdir ki, belə mürəkkəb molekul öz-özünə, təsadüfən, təkamül prosesi nəticəsində əmələ gələ bilməz. O bu barədə belə demişdir:
"Bu gün bizim əlimizdə o qədər məlumat və bilik olduğu halda hər bir vicdanlı adam yalnız bu həqiqəti deyə bilər: həyat hansısa möcüzəvi üsulla əmələ gəlmişdir".115
Təkamülçü professor Əli Dəmirsoy DNT-nin yaranması haqqında belə bir etirafı dilə gətirmək məcburiyyətindədir:
"Zülalın, DNT və RNT-nin yaranma ehtimalı azdır, hər hansı bir zülal zəncirinin yaranma ehtimalı isə astronomik şəkildə də çox azdır".116
Burada daha bir çox maraqlı dilemma var: DNT-nin çoxalması yalnız zülal strukturlu fermentin köməyi ilə mümkündür. Bu fermentlərin sintezi isə yalnız DNT-də kodlaşmış məlumata əsasən həyata keçir. Onlar qarşılıqlı əlaqədə olduqları üçün DNT-nin reduplikasiyası (ikiləşməsi) üçün hər ikisinin eyni anda iştirakı zəruridir. Amerikalı mikrobioloq Cakobson bu məsələ haqqında bunları deyir:
"İlk canlı orqanizmin əmələ gəlməsi anında lazım olan enerjini və materialları təmin edən, çoxalma planlarını həyata keçirə bilən, böyümənin ardıcıllığını müəyyən edən, məlumatı inkişaf prosesinə ötürən (transfer edən) bütün mexanizmlərin müştərək iştirakı zəruridir. Bütün bunların kombinasiyası təsadüfən həyata keçə bilməz". 117
Bütün bunlar Ç.Uatsonla F.Krikin DNT-nin strukturunu təsvir etməsindən iki il sonra yazılmışdır. Bununla belə, elmin inkişafına baxmayaraq bu məsələ təkamülçülər üçün həllolunmaz olaraq qalır.
Alman alimləri Yunken və Şerer müəyyən etmişlər ki, həyat üçün zəruri olan bütün molekulların sintezi xüsusi şərtlərin olmasını tələb edir. Bu alimlərin fikrincə, bu, ona dəlalət edir ki, bir mühitdə həyat üçün zəruri olan müxtəlif maddələrin mövcudluq ehtimalı yoxdur.
Elə bir tədqiqat yoxdur ki, onun nəticəsində kimyəvi təkamül üçün tələb olunan bütün molekullar əldə olunsun. Yəni müxtəlif molekullar müvafiq şəraitlərdə, hidroliz və elektroliz kimi zərərli amillərdən qorunaraq müxtəlif yerlərdə (mühitlərdə) əldə olunmalı və yeni reaksiyaların digər hissələrinə göndərilməlidir. Burada təsadüfdən hətta söz də gedə bilməz, çünki bu hadisənin həyata keçməsinin heç bir ehtimalı yoxdur. 118
Bir sözlə, təkamül nəzəriyyəsi guya molekulyar səviyyədə keçən heç bir təkamül prosesini sübut edə bilməmişdir. Elmin inkişafı isə bu suallara cavab tapmaq əvəzinə əksinə, bunları daha da mürəkkəbləşdirərək çıxılmaz vəziyyətə salır.
Fəqət, təkamülçülər bu ssenariyə elm tərəfindən sübut olunmuş həqiqət kimi inanırlar. Çünki onlar özlərini xilqəti inkar etməkdən asılı hala salmışlar və onların əsla mümkün olmayan təkamül nəzəriyyəsinə inanmaqdan başqa ayrı yolu yoxdur. Məşhur avstraliyalı mikrobioloq Maykl Denton "Təkamül: böhranda olan nəzəriyyə" ("Evolution: A theory in Krisis") adlı kitabında bu vəziyyəti belə açıqlayır:
"Ali orqanizmlərin genetika proqramlarının strukturu milyard bitlik (kompüter vahidi) məlumata və ya kiçik kitabxanadakı min cild kitabın içində olan hərflərin uzunluğuna bərabərdir. Kompleks orqanizmin milyonlarla hüceyrəsinin inkişafına nəzarət edən və onu müəyyən edən çoxsaylı mürəkkəb funksiyaların təsadüfi proses nəticəsində əmələ gəlmə iddiasını insan şüuruna hücum kimi səciyyələndirmək olar. Fəqət, darvinist bu fikri heç bir şübhə olmadan qəbul edir".119
