Oxu müddəti: ~2 dəq.
Canlı həyatın planetimizdə necə əmələ gəlməsi məsələsi təkamülçüləri çıxılmaz bir vəziyyətə salır və onlar bu sualdan mümkün qədər qaçırlar. Onlar bu suala belə ümumi məna daşıyan ifadələrlə cavab verir: "Canlı orqanizm suda müəyyən təsadüfi amillərin qarşılıqlı əlaqəsi nəticəsində əmələ gəlib". Çünki təkamülçülərin qarşılaşdığı maneə dəfolunmazdır. Təkamülün paleontologiya ilə bağlı olan bəzi aspektlərindən fərqli olaraq bu halda təkamülçülər bu məsələdə onların nəzəriyyəsini dəstəkləyə bilən hətta faydalı qalıqlara belə sahib deyillər. Buna görə də təkamül nəzəriyyəsi hələ ilkin mərhələdə süquta uğrayır.
Bir məsələni də unutmaq olmaz: təkamül nəzəriyyəsinin hər hansı bir mərhələsində ortaya çıxan ziddiyyət bu nəzəriyyəni bütövlüklə süquta uğratmaq üçün kifayətdir. Məsələn, zülalın təsadüfən yaranması elmi sübutlara əsaslanaraq təkzib olunursa, onda təkamül nəzəriyyəsinin digər mərhələləri haqqında iddialar da öz qüvvəsini itirir. Bundan sonra insan və meymun kəllələrindən istifadə edərək insanları aldatmağın heç bir mənası yoxdur.
Təkamülçülər canlı orqanizmin qeyri-üzvi maddələrdən əmələ gəlməsi məsələsinin müzakirəsindən uzun müddətdir qaçır. Bu problemə uzun müddətdir ki, layiqli diqqət yetirilməyib, amma nəzəriyyə qarşısında duran bu problemi dəf etmək üçün XX əsrin ikinci rübündən etibarən müxtəlif tədqiqatlar vasitəsi ilə çoxlu cəhdlər göstərilir. "Canlı hüceyrə planetimizin ilkin atmosferində necə əmələ gəlib" - təkamülçülərin cavablandırmaq məcburiyyətində olduğu ilk sual bu idi. Daha doğrusu, onların bu cavabı necə təqdim etməsi idi.
Təkamülçü alim və tədqiqatçılar bu sualı cavablandırmaq üçün bir sıra laboratoriya təcrübəsi həyata keçirmiş, amma elmi dairələrin böyük diqqətini özlərinə cəlb edə bilməmişdilər.
Təkamülçü tədqiqatçıların canlı həyatın planetimizdə yaranması mövzusundakı ən məşhur təcrübə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən həyata keçirilmişdir və "Miller təcrübəsi" kimi tanınır (tədqiqat Millerin müəllimi Harold Uri ilə birlikdə həyata keçirildiyindən bu təcrübə "Uri-Miller təcrübəsi" də adlandırılır). Texnologiyanın inkişaf etməsinə və yarım əsr vaxtın keçməsinə baxmayaraq bu sahədə yeni bir nailiyyət əldə edilməyib. Hətta bu gün Miller təcrübəsi təkamül nəzəriyyəsinin ilkin canlı orqanizmin əmələ gəlməsini açıqlayan bir təcrübə kimi təqdim olunmaqdadır. Təkamülçülər anlayırlar ki, belə cəhdlər onların nəzəriyyəsini dəstəkləmir, əksinə, onu süquta uğradır və buna görə də onlar bənzər tədqiqatların həyata keçirilməsindən çəkinirlər.
