Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

L-Zülallar

Oxu müddəti: ~3 dəq.

Təbiətdə eyni amin turşusunun həm sağ-əlli, həm də sol-əlli olmaq üzrə iki fərqli növü vardır. Bunların aralarındakı fərq üç ölçülü strukturlarının, eyni insanı
Təbiətdə eyni amin turşusunun həm sağ-əlli, həm də sol-əlli olmaq üzrə iki fərqli növü vardır. Bunların aralarındakı fərq üç ölçülü strukturlarının, eyni insanın sağ və sol əllərindəki fərqlilik kimi, bir-biri ilə zidd istiqamətli olmasından qaynaqlanır.

İndi isə zülalın təkamülçülərin iddia etdiyi şəkildə yarana bilməməsinin səbəblərini daha ətraflı müzakirə edək. Canlı orqanizmdəki zülal molekulunun əmələ gəlməsi üçün lazımi amin turşularının düzgün kombinasiyada olması kifayət deyil. Molekulda yerləşən 20 amin turşudan hər biri yalnız L formasında olmalıdır. Kimyəvi tərkibi eyni olan amin turşuları iki növə ayrılır: L-amin turşusu və D-amin turşusu. Bunlar arasındakı fərq üçüncü strukturların bir-birinə əks vəziyyətdə yerləşməsindədir. İnsanın sağ və sol əlləri kimi.

İki növə aid olan bu amin turşular öz aralarında asanlıqla birləşə bilərlər. Amma tədqiqatlar heyrətamiz bir nəticəni aşkarladı. Canlı orqanizmlərin zülalları sadədən mürəkkəbə qədər yalnız L amin turşularından ibarətdir, D amin turşularından hətta birinin müdaxiləsi isə zülalı yararsız hala gətirir. Bakteriyalar üzərində aparılan tədqiqatların nəticəsi gostərir ki, D amin turşuları bakteriyalar tərəfindən tez dağıdılır, bəzi hallarda isə bakteriyalar onları özlərinə yararlı olan L amin turşularına çevirir.

Bir müddətliyə belə fərz edək ki, canlı orqanizmlər təkamülçülərin iddia etdiyi kimi, təsadüf nəticəsində yaranıblar. Bu halda L və D amin turşuları eyni miqdarda əmələ gəlməlidir. Yəni bu amin turşuları kortəbii surətdə canlı orqanizmin strukturunda müxtəlif növ və sayda mövcud olmalıdır, çünki onlar bir-biri ilə kimyəvi reaksiyaya girə bilirlər. Bütün bunlara baxmayaraq canlı orqanizmlərin zülalları yalnız L-amin turşularından ibarətdir.

Fəqət, təkamülçülər belə dəqiq və spesifik seçimi açıqlaya bilmədilər. Zülalın belə bir spesifik xüsusiyyətə malik olması "təsadüfilik" iddiasını daha da çıxılmaz vəziyyətə salır. Yuxarıda da deyildiyi kimi, yararlı zülalın əmələ gəlməsi üçün üçüncü strukturun, müəyyən miqdarda amin turşunun və ideal ardıcıllığın mövcudluğu kifayət deyil.

Bununla birlikdə amin turşuları L şəklində olmalıdır və D amin turşularının mövcudluğu yolverilməzdir. Zülalın strukturunda D və L amin turşularını ayıran təbii mexanizmin olmadığına, D amin turşularının müdaxiləsinin qarşısını almağın vacib olduğuna görə bu fakt da təsadüf anlayışını rədd edir.

Bu mövzu Britannika elmi ensiklopediyasında belə açıqlanır:

"Canlı orqanizmlərdə yer alan bütün növ amin turşuları eyni asimmetriyaya malikdir, yəni demək olar ki, həmişə L şəklindədir. Bu, ona bənzəyir ki, milyon dəfə yerə atılan dəmir pul yerə hər zaman bir tərəfi, nadir hallarda isə digər tərəfi üzərində düşür. Bilinmir ki, necə, amma bu seçim planetimizdə həyatın mənşəyi ilə əlaqədardır".101

Əgər atılan dəmir pul hər zaman bir tərəfi üzərində düşürsə, bu halda ən məntiqli izah hansıdır: bunu təsadüflə izah etmək yoxsa burada şüurlu müdaxilənin olması? Cavab aydındır.

Amma təkamülçülər "şüurlu yaradılışı" qəbul etmək istəmədikləri üçün təsadüf prinsipləri üzərində israrla durmaqdadırlar. L amin turşuları ilə əlaqədar qayda DNT və RNT-nin bünövrəsini təşkil edən nukleotidlərə də şamil edilir. Amin turşularının əksinə olaraq nukleotidlər ancaq D amin turşularından ibarətdir. Bu vəziyyət də təsadüflə izah edilə bilməz.

Nəticədə bütün tədqiqatlar planetimizdə həyatın mənşəyinin təsadüflərlə bağlı olmasını təkzib edir. 400 amin turşusundan ibarət zülalın yalnız D amin turşularından əmələ gəlmə ehtimalını hesablasaq, 10 120-də 1 ehtimalını əldə edərik. Bu astronomik rəqəm haqqında təsəvvürə malik olmaq üçün onu demək lazımdır ki, planetimizdə mövcud olan bütün elektronların sayı 10 79-a bərabərdir. Amin turşularının münasib ardıcıllıqda birləşməsi və funksional strukturu meydana gətirməsi ehtimalı astronomik rəqəmlərlə hesablana bilər. Əgər bu üsulu daha mürəkkəb zülalların əmələ gəlmə ehtimalına tətbiq etsək, onda daha ağlasığmaz rəqəmlərlə qarşılaşarıq.