Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

Təkamülçülərin Daha Bir Cəhdi: "RNT dünyası"

Oxu müddəti: ~4 dəq.

Prof. Leslie Orgel: "Həyatın, kimyəvi yollarla meydana gəlməsi qeyri-mümkün."
Prof. Leslie Orgel: "Həyatın, kimyəvi yollarla meydana gəlməsi qeyri-mümkün."

Amin turşularının sintezinin planetimizin ilkin atmosferini meydana gətirən qaz məhlullarının mövcudluğu zamanı mümkün olmaması 70-ci illərdə kəşf olunmuş və bu da molekulyar təkamül nəzəriyyəsi üçün ciddi bir zərbəyə çevrilmişdir. Müəyyən olundu ki, Ponnamperuma, Miller və Foks kimi təkamülçülər tərəfindən həyata keçirilən "ilkin atmosferlə əlaqədar bütün təcrübələr" əslində yararsızdır. Bu fakt XX əsrin 80-ci illərində yeni təkamülçü araşdırmalara təkan verdi. Son nəticədə "RNT dünyası" adlı ssenari meydana gətirildi; bu ssenariyə görə, guya ilk öncə özündə zülal haqqında məlumatı saxlayan RNT əmələ gəlib, sonra isə zülalın özü.

Harvard Universitetinin kimyaçısı Uolter Hilbert tərəfindən 1986-cı ildə irəli sürülən ssenariyə görə, bir neçə milyard il bundan əvvəl naməlum bir üsulla, təsadüfən, öz surətini çıxara bilən RNT molekulu əmələ gəlmişdir. Sonra RNT molekulu xarici amillərin təsiri nəticəsində eyni andaca zülalları əmələ gətirməyə başlamışdı. Bundan sonra məlumatı digər bir molekulda saxlamaq ehtiyacı meydana çıxmış və RNT-də olduğu kimi naməlum bir üsulla DNT molekulu əmələ gəlmişdir.

Hətta təsəvvür etmək belə çətin olan bu ssenari hər mərhələdə ağlasığmaz hadisələr zəncirindən ibarətdir və həyatına başlanğıcını açıqlamaq əvəzinə bu məsələnin izahını daha da çətinləşdirərək aşağıdakı problemləri aktuallaşdırır:

1.Əgər RNT-ni meydana gətirən bir nukleotidin təsadüfən yaranması anlaşılmazdırsa, onda zənn edilən nukleotidlər ardıcıl birləşərək RNT-ni necə meydana gətirə bilərdilər? Təkamülçü bioloq Con Xonqan RNT-nin təsadüfən yaranmasının mümkün olmadığını belə etiraf edir:

"RNT dünyası məfhumu araşdırıldıqca daha çox suallar meydana gəlir. RNT ilkin olaraq necə əmələ gəlmişdir? Əgər müasir laboratoriyalarda ən yaxşı şərtlər çərçivəsində RNT-nin və onun tərkib hissələrinin sintezini həyata keçirmək çox çətindirsə, planetimizdə canlı həyat mövcud olmadan əvvəl RNT sintezi necə həyata keçmişdir?"120

2.RNT-nin təsadüfən yaranmasını fərz edək. Onda bir nukleotid zəncirindən ibarət RNT öz surətini çıxarmağa necə qərar verib və bunu hansı mexanizmin köməyi ilə həyata keçirib? Surətçıxarma prosesində istifadə olunan nukleotidlər haradan əldə edilib? Təkamülçü mikrobioloqlar Cerald Coys və Lesli Orqel bu hadisənin mümkünsüzlüyünü belə açıqlayırlar:

"Mübahisələr belə bir dalana girilməsi ilə nəticələnir: mürəkkəb polinukleotid şorbasından çıxan və həmin anda öz surətini çıxarmağa başlayan xəyali RNT haqqında əfsanə ilə... Bu anlayış həm biologiyadan əvvəlki kimyaya ziddir, həm də RNT-nin öz surətini çıxara bilməsi haqqında nikbin fərziyyəni məhv edir".121

3.Əgər ilkin şərtlərdə öz surətini çıxaran RNT-nin əmələ gəlməsini, RNT-nin istifadə etdiyi saysız-hesabsız amin turşularının mövcudluğunu və hətta mümkün olmayan digər ağlasığmaz amillərin həyata keçəcəyini fərz etsək də bunlar yenə də bir zülal molekulunun əldə olunması üçün kifayət deyil. Çünki RNT yalnız zülalın strukturu haqqında məlumat, amin turşuları isə xammaldır. Fəqət, lazım olan zülalı istehsal etmək "mexanizmi" mövcud deyil.

RNT-nin mövcudluğunu zülalın əldə olunması üçün yetərli saymaq bir avtomobilin lahiyəsini çəkərək onu avtomobilin xammalının üzərinə qoyub avtomobilin öz-özünü yığmasını gözləmək qədər ağılasığmazdır. Bəs istehsalı həyata keçirən "fabrik və işçilər" hardadır?

Zülal ribosom adlanan fabrikdə çoxlu fermentlərin köməyi ilə hüceyrədəki mürəkkəb proseslərin nəticəsində əmələ gəlir. Ribosom hüceyrə quruluşunun yenə də zülallardan ibarət mürəkkəb sistemidir. Əlbəttə, bu həqiqət ribosomun təsadüfən yaranması kimi məntiqsiz iddiaya səbəb olacaq. Hətta təkamül nəzəriyyəsinin ən fanatik tərəfdarlarından biri olan Nobel mükafatı laureatı Yak Monod protein sintezinin ancaq nukleotid turşularında yer alan məlumatla əlaqələndirmənin doğru olmadığını bildirir.

"Şifrə (yəni DNT və RNT-dəki məlumat) ötürülməyibsə, onun heç bir faydası yoxdur. Hüceyrədə şifrənin ötürülməsi prosesi DNT-də əvvəlcədən kodlanmış makromolekulların ən azı 50 hissəciyi tərəfindən həyata keçirilir. Bu hissəciklərin iştirakı olmadan məlumatın ötürülməsi mümkün deyil. Bu tsikl nə vaxt və necə bitib? Bunu təsəvvür etmək belə çox çətindir".122

RNT zənciri kimin iradəsi ilə qərar qəbul edib və özü 50 hissəciyin vəzifəsini yerinə yetirərək zülalın sintezini necə həyata keçirib? Təkamülçülər bu suallara cavab verə bilmirlər.

Stenli Miller və Frensis Krikin San-Dieqo Universitetindən olan davamçısı, məşhur təkamülçü Lesli Orqel də "ssenari" ifadəsindən "RNT-dən canlı həyatın başlaması" ehtimalı üçün istifadə etmişdir. 1994-cü ilin oktyabrında "Amerikan Sjientist" jurnalında nəşr olunan "The origin of life on the Earth" adlı məqalədə Orqel bənzər RNT-nin hansı xüsusiyyətlərə malik olmasının zərurəti haqqında yazır və bunun mümkünsüzlüyünü belə açıqlayır:

"Bu ssenarinin baş tutması üçün ilkin şərtlərdə RNT-nin bu gün mövcud olmayan iki xüsusiyyətinin mövcud olması zəruridir: zülalın köməyi olmadan öz surətini çıxara və zülalın sintezinin hər mərhələsini həyata keçirə bilmək qabiliyyəti".123

Göründüyü kimi, Orqel tərəfindən "mütləq" şərtlər kimi müəyyən edilən bu iki kompleks funksiyaları ancaq təkamül nöqteyi-nəzərdən RNT kimi molekula şamil etmək olar. Amma dəqiq elmi faktlar sübut edir ki, canlı həyatın təsadüfən əmələ gəlməsini iddia edən "RNT dünyası" anlayışı xəyali bir nağıldır.