Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsinin molekulyar dalanı

Planetimizin ilkin atmosferi və zülallar

Oxu müddəti: ~1 dəq.

Sadalanan bütün ziddiyyətlərə baxmayaraq Miller təcrübəsinə arxalanan təkamülçülər ilkin şərtlərdə amin turşularının öz-özünə əmələ gəlməsinin necəliyi sualına cavabdan yayınmaqdadır. Hətta bu gün də onlar insanları aldadaraq elə təsəvvür yaradırlar ki, bu sualın cavabı Millerin təcrübəsinin köməyi ilə guya çoxdan tapılıb.

Həyatın təsadüfən yaranması məsələsini araşdırma cəhdlərinin ikinci mərhələsində təkamülçüləri amin turşularından daha mürəkkəb bir problem gözləyir - zülallar. Zülallar həyatın quruluş materialı olub yüzlərlə müxtəlif amin turşularının ardıcıl birləşməsi yolu ilə əmələ gəlirlər.

Zülalın öz-özünə əmələ gəlməsi iddiası amin turşularının öz-özünə əmələ gəlməsi iddiasından daha məntiqsiz və daha fantastikdir. Ehtimal nəzəriyyəsi vasitəsilə riyazi olaraq amin turşularının ardıcıl birləşərək zülalı meydana gətirməsinin mümkün olmadığı ötən səhifələrdə hesablanmışdır. Bununla birlikdə planetimizin ilkin atmosferində zülalın öz-özünə əmələ gəlməsi kimya elmi nöqteyi-nəzərindən də mümkün deyil.

Təkamülçülərin ən böyük səhvlərindən biri də yuxarıda təmsil rəsmi görülən və primitiv dünya olaraq xarakterizə etdikləri mühitdə canlılar aləminin özbaşına mey
Təkamülçülərin ən böyük səhvlərindən biri də yuxarıda təmsil rəsmi görülən və primitiv dünya olaraq xarakterizə etdikləri mühitdə canlılar aləminin özbaşına meydana gələ biləcəyini düşünmələridir. Miller təcrübəsi kimi işlərlə bu iddialarını sübut etməyə çalışmışlar. Ancaq elmi tapıntılar qarşısında yenə məğlub uğramışlar. Çünki 1970-ci illərdə əldə edilən nəticələr, primitiv dünya olaraq xarakterizə edilən dövrdəki atmosferin həyatın meydana gəlməsi üçün heç bir şəkildə uyğun olmadığını sübut etmişdir.