Oxu müddəti: ~1 dəq.
Əvvəl də qeyd olunduğu kimi, zülalın sintezi zamanı amin turşuları arasında peptid əlaqə yaranır. Bu proses nəticəsində bir ədəd su molekulu ayrılır. Belə bir vəziyyət təkamülçülərin həyatın okeanda yaranması haqqındakı iddiasını kökündən təkzib edir. Çünki kimya elmindəki "Le Şatelye" prinsipinə görə, suyu əmələ gətirən reaksiya (kondensasiya reaksiyası) tərkibi sudan ibarət olan mühitdə sona çata bilməz. Sulu mühitdə bu reaksiyanın gedişi kimyəvi reaksiyalar arasında "ən zəif ehtimal" kimi xarakterizə olunur. Buradan belə nəticəyə gəlirik ki, həyatın mənbəyi zənn edilən okeanlar amin turşularının, sonra isə zülalın yaranması üçün heç də əlverişli mühit deyil.109
Digər tərəfdən, təkamülçü alimlər öz fikirlərini dəyişdirərək həyatın quruda yaranmasını iddia edə bilməzlər. Çünki planetimizin ilkin atmosferində yaranması zənn edilən amin turşuları ultrabənövşəyi şüaların dağıdıcı təsirindən yalnız suda, okeanda qoruna bilərdilər. Quruda amin turşuları dərhal parçalanardı. Le Şatelye prinsipi isə həyatın dənizdə yaranmasını təkzib edir. Bu da öz növbəsində təkamül nəzəriyyəsinin dalana dirəndiyini göstərən daha bir çıxılmaz problemdir.
