Oxu müddəti: ~2 dəq.

Lord Solli Sukkerman İngiltərənin ən tanınmış və hörmət edilən alimlərindəndir. O, on illərlə arxeoloji qalıqları tədqiq etmiş, çoxsaylı əsaslı tədqiqatlar aparmış və hətta elmin inkişafında misilsiz roluna görə lord rütbəsinə layiq görülmüşdür. Sukkerman təkamülçüdür, yəni onun təkamül nəzəriyysinə aid olan şərhlərində nəzəriyyəyə qarşı hər hansı bir qəsd-qərəzə yol vermək ağlasığmazdır. Lakin o, onilliklər ərzində arxeoloji tapıntıları öyrənərək belə bir nəticəyə gəlmişdir ki, nəsil şəcərəsi yoxdur.
Sukkermanın maraqlı "elmi şkala" icad edib. O, elmin elmi və qeyri-elmi sayılan sahələrinin təsnifatını tərtib etmişdi. Bu cədvəldə elmin ən "elmi", yəni konkret faktlara əsaslanan sahələri kimya və fizikadır. Sonra biologiya və ictimai elmlər gəlir. Bu siyahının ən sonunda telepatiya, altıncı hiss məfhumu və "insanın təkamülü", yəni Sukkermanın fikrincə, qeyri-elmi sahələr yerləşir. O bu nəticəni belə izah edir:
"Əgər obyektiv reallığın hüdudlarından çıxaraq həm də təbii elm sahələri sayılan ruhi qüvvənin qavranılması və insan qalıqlarının izahı kimi elm sahələrinə nəzər salsaq görərik ki, təkamül nəzəriyyəsinə inanan hər hansı bir insan üçün mümkün olmayan bir şey yoxdur. Beləliklə, öz nəzəriyyəsinə israrla inanan insanlar eyni zamanda hətta bir-birinə zidd əqli nəticələr çıxara bilərlər".91
Bəs niyə görə bu qədər alim bu ehkam üzərində inadla təkid edir? Nə üçün bu qədər təzadlı nəticələr qeyd-şərtsiz qəbul olunur və onların özləri tərəfindən tapılan sübutlar nəzəriyyənin yaşaması naminə gözardı edilir?
Cavab birdir: bu insanlar təkamülü tərk etdikləri vaxt həqiqətlə qarşılaşmaqdan qorxurlar. Çünki təkamülü tərk edərkən onlar yeganə həqiqətlə - insanların Allah tərəfindən yaradılması həqiqəti ilə üz-üzə gələcəklər. Bu fakt isə onların inandığı materialist fəlsəfə nöqteyi-nəzərindən qəbuledilməzdir və onlara xas olan qabaqcadan yaranmış yanlış fikirlərə görə mümkün deyil.
Məhz buna görə də təkamülçülər onlarla əməkdaşlıq edən kütləvi informasiya vasitələrindən istifadə edərək həm özlərini, həm də dünyanı aldadırlar. Mövcud olmayan arxeoloji qalıqlar təkamülçülər tərəfindən uydurma şəkil və maketlərlə "tamamlanıb təkmilləşdirilir", bununla da təkamül nəzəriyyəsini sübut edən faktların mövcudluğuna dair təsəvvürlərin yaradılmasına cəhd edilir. Kütləvi informasiya vasitələri isə materialist fəlsəfəyə inandığı kimi uydurma şəkil və maketlərdən cəmiyyəti aldatmaq üçün istifadə edir və insanların şüuraltısında bu obrazları həkk etməyə çalışır.
Lakin onlar nə qədər cəhd etsə də həqiqət göz qabağındadır: insan şüursuz təkamül prosesi tərəfindən yox, Uca və Qüdrətli Allah tərəfindən yaradılmışdır və Onun qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyəti öz üzərinə götürmək istəməsə də...
