Həyatın Mənşəyi
AZEN

İnsanın təkamülü ssenarisi

Öz Əcdadları İlə Eyni Bir Vaxtda Yaşamış İnsan Tipləri

Oxu müddəti: ~2 dəq.

26.000 Year Old Needle An interesting fossil showing that the Neanderthals had knowledge of clothing: A needle 26,000 years old. (D. Johanson, B. Edgar From Luc
26.000 Year Old Needle An interesting fossil showing that the Neanderthals had knowledge of clothing: A needle 26,000 years old. (D. Johanson, B. Edgar From Lucy to Language, p. 99)

Bu vaxta qədər bütün öyrənilənlər təkamül nəzəriyyəsi ssenarisinin tamamilə uydurma və əsassız olması haqqında mənzərə yaradır. Çünki belə nəsil ağacının mövcud olması üçün meymundan insana olan təkamül prosesi və bu prosesi isbat edən müvafiq arxeoloji qalıqların olması labüddür. Halbuki meymunla insanı böyük bir uçurum ayrırır. Skelet quruluşu, kəllə ölçüləri və yerimə tərzi kimi xüsusiyyətlər insanı meymundan ayırır. (1994-cü ildə daxili qulağın vestibülyar aparatı tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində Australorithecus və Homo habilis meymunlar sinfinə, Homo erectus isə insanlar sinfinə aid edilmişdir). Bir­birinin əcdadları kimi təqdim edilən bu müxtəlif növlərin eyni zamanda mövcud olması və yan-yana, bir yerdə yaşaması onların arasında hər hansı bir nəsil (qohumluq) əlaqəsinin olmamasını təsdiq edir. Əgər təkamülçülərin iddia etdiyi kimi, Australorithecus vaxt ötdükcə Homo habilis-ə, o isə öz növbəsində Homo erectusa çevrilirsə, bu halda onların mövcudluq (yaşam) dövrü (mərhələsi) də ardıcıllıqla gəlməli idi. Lakin əksinə, burada heç bir xronoloji ardıcıllıq müşahidə olunmur. Təkamülçülərin hesablamalarına görə, Australorithecus 4 milyon ildən 1 milyon ilə qədər bundan əvvəl, Homo habilis kimi təsnif kəşf edilmiş canlı isə 1,7-1,9 milyon il bundan əvvəl mövcud olmuşlar. Təkamülçülərin fikrincə, Homo habilis-ə nisbətən daha inkişaf etmiş sayılan Homo rudolfensis-in yaşı isə 2,5-2,8 milyon ildir. Yəni Homo rudolfensis öz "əcdadı" hesab olunan Homo habilis-dən təxminən 1 milyon il böyükdür. Digər tərəfdən, Homo erectus-un yaşı təxminən 1,6-1,8 milyon il təşkil edir. Yəni Homo erectus-ların və onların "əcdadları" Homo habilis-lərin əmələ gəlməsi eyni vaxta təsadüf edir ki, buradakı ziddiyyət də açıq görünür. Bu faktı Alan Uolkerin sözləri də təsdiq edir:

"Australorithecus, Homo habilis və Homo erectus kimi növlərin Şərqi Afrikada bir yerdə və eyni zamanda yaşaması haqqında təkzibedilməz dəlil-sübutlar var".78 Luis Liki Australorithecus, Homo habilis və Homo erectus skelet qalıqlarını demək olar ki, yanaşı olaraq Olduvay dərəsində Bed II qatında aşkar etmişdir".79

Əlbəttə, bu cür nəsil ağacı (şəcərəsi) ola bilməz. Harvard Universitetinin paleoantropoloqu Stefan Cey Qould özü təkamülçü olsa da Darvin nəzəriyyəsinin çıxılmaz vəziyyətə düşməsini belə izah edir:

"Əgər eyni zamanda mövcud olmuş üç müxtəlif hominid (insanabənzər canlılar) varsa, onda bizim nəsil şəcərəmiz nə oldu? Aydındır ki, onlar bir-birindən törəyə bilməz. Həmçinin onların müqayisə edilməsində heç bir təkamül prosesi aşkar olunmur".80

Daha sonra Homo erectus-dan Homo sapiens-ə keçidi nəzərdən keçirsək, biz burada da nəsil ağacının olmadığını görərik. Qalıqlar göstərir ki, Homo erectus və Homo sapiens archaic bizim zamanımızdan 27 və hətta 10 min il əvvələ qədər yaşayırdılar. Müvafiq olaraq 13 və 27 min il yaşı olan Homo erectus-a açıq-aydın məxsus olan kəllələr Avstraliyada Kow bataqlığında və Yava adasındasazq tapılmışdır".81