Oxu müddəti: ~6 dəq.
Birinci kateqoriyaya aid edilən avstralopitek "cənub meymunu" deməkdir. Hesab edilir ki, bu məxluqlar 4 milyon il bundan əvvəl Afrikada yaşamış və onların nəsli eramızdan 1 milyon il əvvəl kəsilmişdir.
Avstralopiteklər arasında fərqlər var. Onların ən qədim növü A.afarensis sayılır, sonra daha xırda sümüklü A.afrikanus və daha iri sümüklü A.robustus gəlir. Bəzi tədqiqatçıların fikrincə, A.boissesi ayrı növdür, digərləri isə iddia edirlər ki, bu, A.robustusun yarımnövüdür.
Avstralopiteklərin bütün növləri müasir meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır. Bütün bu növlərin beyninin həcmi şimpanzenin beyninin həcmi ilə ya eynidir, ya da daha kiçikdir. Əllərdə və ayaqlarda ağaclara dırmaşmaq üçün çıxıntılar var, arxa pəncələr isə hər hansı predmeti qucaqlamaq xüsusiyyətinə malikdir, boyları qısadır (maksimum 130 sm) və avstralopiteklərin erkəkləri müasir meymunlarda olduğu kimi, dişilərdən iri olmuşdur. Kəllə quruluşunda mövcud olan çoxsaylı oxşarlıqlar, bir-birinə yaxın yerləşən gözlər, iti azı dişləri, çənənin forması, uzun əllər və qısa ayaqlar sübut edir ki, bu meymunlar müasir həmcinslərindən heç nə ilə fərqlənmir.
Bu halda təkamül nəzəriyyəsi tərəfdarlarının iddiası ondan ibarətdir ki, avstralopiteklərin anatomik cəhətdən meymunlara bənzəməsinə baxmayaraq onlar insan kimi dik yerimə qabiliyyətinə malikdir və buna digər meymunlar arasında rast gəlinmir. Meymunların "dik yeriməsi" haqqında olan fərziyyələr onilliklər boyu Riçard Liki və Donald Cohanson kimi təkamülçü paleoantropoloqlar tərəfindən müdafiə olunurdu.
Buna baxmayaraq bir çox alimlərin avstralopitek skeleti üzərində apardığı saysız-hesabsız tədqiqatlar nəticəsində təkamülçülərin bu iddiasının doğru olmadığı məlum olmuşdur. Avstralopitekin skelet qalıqları üzərində böyük həcmdə iş aparan İngiltərənin və Amerikanın ən məşhur anatomları lord Solli Sukkerman və professor Çarlz Oksnard müəyyən etmişlər ki, bu canlılar müasir meymunlar kimi yerimişlər. İngiltərə hökumətinin köməyi ilə tərkibində 15 il ərzində bu canlıların sümükləri üzərində tədqiqat aparan lord Sukkermanın da olduğu beş nəfərdən ibarət qrup təşkil edilmişdi. Sukkermanın özü təkamül nəzəriyysi tərəfdarı olsa da o, belə nəticəyə gəlmişdi ki, avstralopitek dik yerimə xüsusiyyəti olmayan meymun növlərindən biridir.63 Bu sahədəki işləri ilə tanınmış təkamülçü anatom Çarlz Oksnard isə avstralopitekin və müasir oranqutanın skeletləri arasında oxşarlıqlar müəyyən etmişdi.64
1944-cü ildə İngiltərənin Liverpul Universitetinin bir qrup alimi son nəticəyə gəlmək üçün avstralopitekin skeleti üzərində ətraflı tədqiqatlar aparmışdı. Yekun nəticə budur: "Avstralopiteklər dördayaqlılardır".65
Bir sözlə, avstralopiteklər insana heç bir aidiyyatı olmayan, nəsli kəsilmiş meymun növü olmuşlar. Bacarıqlı insan (Homo habilis): insana çevirməyə çalışdıqları meymun Şimpanze ilə avstralopitekin skelet və kəllə quruluşlarının oxşarlığı haqqında dəlillər və bu canlıların ikiayaqlı olmalarının təkzib edilməsi təkamülçü paleontoloqları çətin vəziyyətə salmışdır. Axı xəyali təkamül sxemində avstralopitekin ardınca Homo erectus gəlirdi. "Homo" sözü "insan" deməkdir, Homo erectus isə insan kateqoriyasına aiddir və dik (şaquli) skeletə malikdir. Meymun növlərindən biri olan avstralopitekdən skeletin quruluşu ilə müasir insandan heç nə ilə fərqlənməyən Homo erectus-a açıq-aydın olan keçid hətta təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Deməli, "qarşılıqlı əlaqə", yəni "keçid forması" lazımdır. Və məhz bu labüdlük "Homo habilis" məfhumununun meydana gəlməsinə səbəb oldu.
Homo habilis təsnifatı 1960-cı ildə "arxeoloji tapıntı ovçuları" - Liki ailəsi tərəfindən irəli sürülmüşdür. Liki ailəsinin fikrincə, onlar tərəfindən Homo habilis kimi təsnif edilmiş bu yeni növ dik yeriyə bilirdi, nisbətən böyük ölçüdə olan beyinə malik idi və daş ağacdan olan əmək alətlərindən istifadə edə bilirdi. Deməli, o, insanların əcdadı ola bilərdi.
Ancaq 80-ci illərin ortalarında tapılmış həmin növün skelet qalıqları bu baxışları tamamilə dəyişdirdi. Bernard Vud və Lorinq Breys yeni qalıqlar üzərində işləyərək belə nəticəyə gəldilər ki, "əmək alətlərindən istifadə etməyi bacaran insan" mənasını verən "Homo habilis" əslində "əmək alətlərindən istifadə etməyi bacaran Cənubi Afrika meymunu", yəni australorithecus habilis kimi təsnif edilməlidir. Australorithecus meymunu ilə bu növün çox oxşarlıqları var idi: avstralopitekdəki kimi uzun əllər, qısa ayaqlar və meymunabənzər skelet şəklində. Çənə forması müasir meymunların çənəsi ilə tamamilə eynidir. 550 kub santimetr təşkil edən beyin ölçüsü isə ayrı-ayrılıqda bu canlıların hər birinin meymunlara aid olmasının ən bariz əlamətidir. Bəzi təkamülçülər tərəfindən ayrı növ kimi təqdim edilmiş Homo habilis bütün başqa avstralopiteklər kimi əslində bir meymun növü olmuşdur.
Sonrakı illərdə aparılmış tədqiqatlar Homo habilis-la avstralopitekin oxşarlığını bir daha isbat etmişdi. 1984-cü ildə Tim Uayt özündə müasir meymuna xas olan beynin kiçik ölçüsünü, uzun əlləri və qısa ayaqları daşıyan ON62 skeletini və kəllənin qalıqlarını aşkar etmişdi.
1994-cü ildə Amerika antropoloqu Holli Smit tərəfindən aparılmış daha müfəssəl tədqiqatlar göstərdi ki, Homo habilis insan yox, meymundur. Australorithecus, Homo habilis, Homo erectus və Homo neandertalensis kimi növlərin dişlərini analiz etmiş Smit belə nəticəyə gəlir:
"Bizim tərəfimizdən dişlərin quruluşu və inkişafı meyarı əsasında aparılmış analizlər Australorithecus-un və Homo habilis-in Afrika meymunlarının eyni kateqoriyasına aid olmasından xəbər verir. Amma Homo erectus-la Neandertalensis öz quruluşları baxımından müasir insanlara uyğun gəlirlər".66
Həmin ildə anatomlar Fred Spur, Bernard Vud və Frans Zonneveld tamamilə başqa üsuldan istifadə edərək eyni nəticəyə nail olmuşdular. Bu üsul müvazinətin qorunmasına cavabdeh olan daxili qulağın yarımdairəvi kanallarının müqayisəli analizinə əsaslanırdı. Dikyeriyən insanın və yarıbükülü yeriyən meymunun qulaq kanalları arasında konkret fərqlər mövcud idi. Bu tədqiqatların nəticəsində bəlli oldu ki, Australorithecus-un və Homo habilis-in daxili qulağının kanalları müasir meymunların kanalları ilə oxşardır və Homo erectus-un qulaq kanalları müasir insanın qulaq kanallarına bənzəyir.67
Bu kəşf iki çox vacib nəticə çıxarmağa imkan yaratmışdır:
1. Homo habilis adlandırılan skelet qalıqları Homo, yəni insan təcnifatına yox, Australorithecus, yəni meymun təsnifatına aiddir.
2.Homo habilis və Australorithecus yarıbükülü vəziyyətdə yeriyirlər və bu fakt onların meymunabənzər skelet quruluşuna malik olmasından xəbər verirdi. Yəni onların insanla heç bir əlaqəsi yoxidi.
