Oxu müddəti: ~2 dəq.

Yuxarıda bəhs olunan məsələlərdən başqa xəyali nəsil şəcərəsi iddiasını puç edən çox vacib və heyrətamiz həqiqət var: Homo sapiens-in, yəni müasir insanın tarixi çox uzaq keçmişə gedir. Paleontoloji tapıntılar sübut edir ki, təxminən 1 milyon il bundan əvvəl bizlərdən heç nə ilə fərqlənməyən Homo sapiens növünə aid insanlar yaşayırdılar.
Bu mövzuya aid olan ilk tapıntılar məşhur təkamülçü paleoantropoloq Luis Likiyə məxsusdur. Liki 1932-ci ildə Keniyanın Kanyera ərazisində Viktoriya gölünün yaxınlığında müasir insanlara anatomik cəhətdən uyğun olan və orta pleystosen dövrünə aid olan bir neçə qalıq aşkar etmişdi. Lakin orta pleystosen 1 milyon il bundan əvvəl deməkdir.82 Son nəticədə təkamülçü paleoantropoloqlar bu tapıntıları inkar etdilər, çünki onlar təkamülün bütün nəsil şəcərəsini alt-üst edirdi.
Hərçənd ki, Liki öz hesablarının düzgün olduğunu həmişə müdafiə edirdi. Bu məsələ ilə əlaqədar müzakirələr yenicə səngiməyə başladığı vaxt - 1995-ci ildə İspaniyada tapılmış skelet qalıqları əyani surətdə göstərdi ki, Homo sapiens-in tarixi əslində daha qədim köklərə malikdir. Adıçəkilən qalıqlar Madrid Universitetinin üç ispan paleoantropoloqu tərəfindən Ataruerca ərazisində Qran Dolina mağarasında tapılmışdı. Bu, müasir insana tamamilə uyğun gələn 11 yaşlı uşağın sifəti idi. Lakin uşaq 800 min il bundan əvvəl ölmüşdü. "Discover" jurnalı özünün 1997-ci il dekabr nömrəsində bu mövzuya böyük diqqət yetirmişdi.
Bu qalıqlar hətta Qran Dolinada tədqiqatçılar qrupuna başçılıq edən A.Ferrerasın "insan təkmülünə olan inamını" da sarsıtmışdı. Ferreras bu barədə belə demişdi:
Biz böyük, iri, kobud, yəni sadə desək, ibtidai bir şeylə üz-üzə gəlməyə ümid edirik. Biz 800 min illik uşağın Turkana oğlanına bənzər olacağını təsəvvür edirdik. Ancaq bizim tapdığımız tamamilə müasir sifət idi... Belə hadisə insanı sarsıdan hadisələrdəndir: daşlaşmış qalıqların aşkar edilməsi gözlənilməz və xoş haldır və bu, normaldır. Amma daha maraqlısı, keçmişə aid tapılan bir şeyin indiki zamana aid olmasıdır. Bu, hansısa mənada Qran Dolinada maqnitofonun aşkar olunmasına bənzəyir. Əlbəttə, qəribədir. Biz aşağı pleystosen dövründə kasset və maqnitofonların tapılmasını gözləmirik, ancaq bu, 800 min illik tarixi olan "müasir" sifəti aşkar etməklə eyni şeydir. Biz onu görəndə çox təəccüblənmişdik".83
Bu tapıntı Homo sapiens-in tarixini daha 800 min il əvvələ çəkirdi. Lakin ilk şoku yaşayan təkamülçülər qərara gəldilər ki, bu qalıqlar başqa bir növə məxsusdur. Çünki nəsil şəcərəsinə əsasən Homo sapiens 800 min il bundan əvvəl mövcud olmalı idi. Buna görə Ataruerca kəlləsinin yer aldığı "Homo antecessor" adlandırılmış yeni növ uyduruldu.
