Oxu müddəti: ~1 dəq.
Homo sapiens archaic uydurma təkamül zəncirində müasir insandan əvvəl gələn növdür. Ümumiyyətlə, təkamülçülərin bu insanlar barəsində deyə biləcək sözləri yoxdur, çünki onlar müasir insandan çox az fərqlənirlər. Bəzi tədqiqatçıların fikrincə isə bu irqin nümayəndələri indiki zamanda da mövcuddur. Misal kimi Avstraliya aborigenlərini göstərmək olar.
Bu irqin nümayəndələri kimi aborigenlərdə də iri qaşüstü yastıqlar, bir qədər kiçik beyin ölçüləri var, çənəaltı çıxıntı isə yoxdur. Bundan başqa, o da məlum olmuşdur ki, yaxın keçmişdə bu insanlar (Homo sapiens archaic) Macarıstan və İtaliyanın bəzi yaşayış məskənlərində yaşamışlar.
Homo sapiens və təkamülçü ədəbiyyatda Homo Heidelbergensis kimi müəyyən edilmiş təsnifat əslində eyni şeydir. Eyni insan irqinin müəyyən edilməsi üçün iki anlayışdan istifadə olunmasının səbəbi təkamülçülər arasındakı fikir ayrılıqlarıdır. Homo Heidelbergensis təsnifatına daxil edilən qalıqlar 500 və hətta 740 min il bundan əvvəl İngiltərədə və İspaniyada müasir insanlara anatomik cəhətdən uyğun gələn insanların yaşamasından xəbər verir.
Cro-magnon təsnifatı isə təxminən 30 min il bundan əvvəl mövcud olmuş insan irqidir. Bu insanların günbəzşəkilli kəlləsi və enli alınları var. Həcmi 1600 sm.kub təşkil edən kəllə müasir insanın orta kəllə ölçülərindən artıq olmuşdur. Qaşüstü yastıq və neandertal insanla Homo erectus-a açıq-aydın məxsus olan kəllənin peysər hissəsində sümük çıxıntısı mövcud idi. Cro-magnon Avropa irqi sayılır. Buna baxmayaraq o bu gün Afrikada və tropik iqlimli regionlarda yaşayan insan irqlərinin kəllə quruluşuna və ölçülərinə görə çox oxşardır. Bu bənzərliyi nəzərə alaraq güman edilir ki, Cro-magnon qədim Afrika irqidir. Digər paleoantropoloji tapıntılar göstərir ki, neandertalların cütləşmsi nəticəsində bəzi müasir irqlər əmələ gəlmişdir.
Bundan əlavə, bu gün Afrikanın və Fransanın (Salute və Dordonya) müxtəlif regionlarında kromonyonlu insanlara bənzəyən etnik qruplar yaşayır. Onlara həmçinin Polşa və Macarıstanda da rast gəlinib.
