Oxu müddəti: ~3 dəq.
BBu günə qədər aşkar edilmiş çoxsaylı tapıntılar göstərir ki, Homo sapiens-in tarixi 800 min ildən də qədimdir. Bunların biri həmin Luis Liki tərəfindən 1970-ci illərin əvvəllərində Olduvay dərəsinin yaxınlığında tapılmışdır. Luis Liki burada Bed II qatında müəyyən etmişdir ki, Australorithecus, Homo habilis və Nomi erectus eyni zamanda yaşamışlar. Ancaq daha maraqlısı odur ki, Liki həmin qatda (Bed II) tikinti aşkar etmişdir. Bu tikinti 1,7 milyon yaşı olan daşdan düzəldilmiş daxmanın qalıqları idi. Bu hadisənin qəribəliyi ondan ibarətdir ki, Afrikanın bəzi rayonlarında bu gün də istifadə edilən daxmalar yalnız Homo sapiens tərəfindən tikilə bilərdi. Yəni Likinin tapıntısı bizə xəbər verir ki, Australorithecus, Homo habilis, Homo erectus və müasir insan təxmimnən 1,7 milyon il bundan əvvəl bir yerdə və eyni bir zamanda yaşamışlar.84
Əlbəttə, bu fakt müasir insanın Australorithecus meymunlarından törəməsi ideyasını irəli sürən təkamül nəzəriyyəsini tamamilə təkzib edir. Əsas etibarilə müasir insan tarixini 1,7 milyon ildən artıq bir müddətdə əvvələ aparan tapıntılar var.
Belə tapıntılardan biri 1977-ci ildə Meri Liki tərəfindən Tanzaniyanın Laetoli rayonunda tapılan ayaq izləridir. Bu izlər yaşı 3,6 milyon il olan qatda tapılmışdır və ən əsası odur ki, onlar müasir ayaq izlərindən heç nə ilə fərqlənmir.
Meri Liki tərəfindən tapılmış ayaq izləri həmçinin Don Cohanson və Tim Uayt kimi məşhur paleoantropoloqlar tərəfindən tədqiq olunmuşdu. Nəticələr eyni idi. Uayt yazırdı:
"Hətta şübhələnməyin də... Onlar müasir insanın ayaq izlərindən heç nə ilə fərqlənmir. Əgər bu izlər Kaliforniyanın çimərliyində aşkar olunsaydı və siz bir uşağa "Bu nədir?" sualını versəydiniz, şübhəsiz ki, o, "Buradan insan keçmişdir" cavabını verəcəkdi. O bu izləri qumda yüzlərlə başqa izlərdən ayırd edə bilməzdi. Necə ki, siz də onları ayıra bilmədiniz".85
Şimali Kaliforniya Universitetindən (ABŞ) Luis Robbins bu izləri tədqiq edərək demişdir:
"Ayaqaltı pəncəsi hündür, balaca insanın ayağının alt pəncəsi hətta mənimkindən də hündürdür, yəni barmaqlar yerə insan barmaqları kimi dəyir. Siz bunu heyvanlarda görə bilməzsiniz".86
Ayaq izlərinin morfoloji analizləri göstərdi ki, onlar müasir insana (Homo sapiens-ə) aiddir. Ayaq izlərini tədqiq edən Rassel Tatl yazırdı:
"Ehtimal ki, ayaq izləri ayaqyalın Homo sapiens tərəfindən qoyulmuşdur... Aparılmış bütün morfoloji tədqiqatlar onların müasir insanla uyğunluğundan xəbər verir".87
Neytral və obyektiv tədqiqatlar ayaq izlərinin əsl sahiblərini müəyyən etdi: 10 yaşında olan müasir insanın 20 ayaq izi və daha az yaşdakı insana məxsus olan 27 daşlaşmış ayaq izləri. Heç şübhəsiz ki, onlar da bizim kimi normal insan olmuşdur. Bu səbəbdən Laetoli ayaq izləri onilliklər ərzində qızğın mübahisələrin mövzusu olmuşdur. Təkamülçü paleoantropoloqlar müasir insanın 3,6 milyon il bundan əvvəl yerdə yeriməsi ilə razılaşa bilmir və bunu birtəhər izah etməyə cəhd göstərirdilər. 90-cı illərdə bu "izah" formalaşdı.
Təkamülçülər belə qərara gəldilər ki, bu izlər avstralopitek tərəfindən qoyulub, çünki təkamül nəzəriyyəsinə görə, 3,6 milyon il bundan əvvəl hər hansı bir Homo növünün mövcud olması mümkün deyildi. Rassell Tatl 1990-cı ildə nəşr olunan məqaləsində belə yazır:
"Hər bir halda Laetoli G ərazisində aşkar edilən və 3,5 milyon il yaşı olan ayaq izləri müasir insanın ayaq izlərinə çox bənzəyir. Qalıqlardan da gördüyümüz kimi, bu izi qoyanlar bizdən heç də pis olmamış və öz yerişləri ilə bizdən fərqlənməmişlər. Əgər onlar bu qədər qədim olmasaydı, heç şübhəsiz ki, biz onların hər hansı bir Homo növünə aid olması ilə razılaşardıq. Ancaq yaşa görə biz bu izlərin Lucy qalıqlarının da aid olduğu Australorithecus afarensis növünə mənsub olduğunu hesab etməyə məcburuq".88
Bir sözlə, ayaq izləri 3,6 milyon il yaşı olan Australorithecus-ə açıq-aydın məxsus ola bilməzdi. Bu izlərin avstralopitekə aid edilməsinin səbəbi isə bu qalıqların yaşı 3,6 milyon il müəyyən edilmiş vulkanik təbəqədə tapılmasıdır. Belə qədim zamanda insanların mövcud olmaması zənn edilərək ayaq izləri Australorithecus-ə aid edilmişdir. Laetoli izlərinə dair şərhlər bizim üçün olduqca vacib olan bir həqiqəti də açıqladı: təkamülçülər öz nəzəriyyələrini elmi faktlara istinad etməklə müdafiə etmirlər, əksinə, onlar bu faktları nəzərə almırlar. Öz xeyrinə olmayan hər yeni kəşfi müqavimət və riyakarlıqla qarşılayan, kor-koranə müdafiə olunan nəzəriyyə göz qabağındadır.
Buradan da aydındır ki, təkamül nəzəriyyəsi elmi deyil, qeyri-elmi ehkamdır.
