Həyatın Mənşəyi
AZEN

İnsanın təkamülü ssenarisi

Təkamül Nəzəriyyəsinin Dirəndiyi Dalan - Dik Yerimə

Oxu müddəti: ~2 dəq.

Aparılmış tədqiqatlar nəticəsində isbat edilmişdir ki, dörd ayaq üstündə yeriməyə uyğunlaşdırılmış meymun skeletinin dik yeriyən insan skeletinə təkamül etməsi
Aparılmış tədqiqatlar nəticəsində isbat edilmişdir ki, dörd ayaq üstündə yeriməyə uyğunlaşdırılmış meymun skeletinin dik yeriyən insan skeletinə təkamül etməsi mümkün deyil.

Bütün arxeoloji tapıntılarla yanaşı insanla meymun arasında olan inkaredilməz anatomik fərqlər insanın təkamül nağılını təkzib edir. Bu fərqlərdən biri yerişdir.

İnsana dik yerimə xasdır. Bu, hərəkətin başqa canlılara xas olmayan xüsusi formasıdır. Bəzi heyvanlarda isə bu xüsusiyyət məhdud dərəcədədir. Ayı və meymun kimi heyvanlar nadir hallarda, özü də qısa zaman ərzində iki ayaq üstə hərəkət edə (yeriyə) bilərlər (məsələn, özlərinə qida əldə etmək lazım gələn hallarda). Onlar maili skeletə malikdir və dörd ayaq üstündə yeriyirlər.

Maraqlıdır, təkamülçülərin iddia etdikləri kimi insanın dik yeriməsi dördayaqlıların yerimə üsullarından təkamül edə bilərmi?

Xeyr... Tədqiqatlar göstərmişdir ki, dik yerimə heç vaxt təkamül prosesinə məruz qalmamışdır və bunun həyata keçməsi heç mümkün də deyil. Hər şeydən əvvəl iki ayaq üzərində yerimə təkamülün üstünlüyü deyil. Çünki dörd ayaq üstündə yeriyən meymunlar insanlara nisbətən daha tez və asan hərəkət edirlər. İnsan şimpanze kimi ağacların arasında budaqdan-budağa hərəkət edə bilməz və yaxud hepard kimi saatda 125 km sürətlə qaça bilməz.

Əksinə, insan ikiayaqlı kimi daha asta hərəkət edir və nəticə etibarilə təbiətdə fiziki cəhətdən ən köməksiz məxluqdur. Buna görə nəzəriyyənin öz məntiqinə əsasən meymunların dik yeriməyə istiqamətlənməsinin heç bir mənası yoxdur. Əksinə, nəzəriyyənin məntiqinə müvafiq olaraq insanlar dördayaqlı olmalıdır.

Təkamül nəzəriyyəsini başqa bir dalana salan səbəb darvinizm modelinin, yəni mərhələli inkişaf modelinin dik yeriməyə tamamilə uyğun olmamasıdır.

ATəkamülün təməlini təşkil edən bu model ikiayaqlılarla dördayaqlılar arasında olan təkamülün keçid dövründə "qarışıq" yeriş formasının olmasını tələb edir. Halbuki 1996-cı ilin tədqiqatlarında ingilis paleoantropoloqu Robin Krompton kompüter vasitəsilə göstərmişdir ki, belə "qarışıq" yeriş forması yaratmaq qeyri-realdır. Krompton belə bir nəticəyə gəlmişdir: canlı məxluq ya iki, ya da dörd ayaq üstündə yeriyə bilər.89 Bu iki variant arasında yerimə forması enerji xərclənməsinin birdən artması səbəbi ilə mümkün olmur.

Buna görə də "yarıikiayaqlının" mövcud olması mümkün deyil. İnsanla meymun arasında olan fərqlər təkcə dik yerimə ilə məhdudlaşmır. Beynin səviyyəsi, danışmaq qabiliyyəti və başqa bu kimi xüsusiyyətlər təkamülçülər tərəfindən izah olunmamışdır. Təkamülçü paleoantropoloq E.Morqan aşağıdakıları etiraf edir:

"İnsan təkamülü mövzusunda 4 mühüm sirr var: 1) Niyə iki ayaq üzərində yeriyirlər? 2) Bədənin tük örtüyü niyə yox olmuşdur? 3) Beyin niyə bu qədər inkişaf etmişdir? 4) Niyə danışmağı öyrənmişlər? Bu dörd suala standart cavablar var: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualların sayını atırmaq da olar, amma cavab dəyişməz qalar".90