Həyatın Mənşəyi
AZEN

İnsanın təkamülü ssenarisi

Neandertallar: İri Bədən Quruluşlu İnsan İrqi

Oxu müddəti: ~2 dəq.

Neandertallar 100 min il bundan əvvəl Avropada birdən-birə meydana çıxmış və 35 min il bundan əvvəl də eləcə qəfildən və səssiz-səmirsiz yoxa çıxmış yaxud başqa irqlərlə qarışmışlar. Onların insanlardan yeganə fərqi daha möhkəm skeletə və iri kəlləyə malik olmalarıdır. Neandertal insan irqidir və bu faktla bu gün hamı razılaşır. Təkamülçülər bu insanları "ibtidai növ" kimi təqdim etmək üçün çox cəhd göstərmişlər. Amma mövcud faktlar neandertal insanın küçə ilə gedən hər hansı bir "sağlam" insandan fərqlənmədiyini göstərir.

Nyu-Meksiko Universitetinin (ABŞ) qabaqcıl paleoantropoloqlarından biri Erik Trinkaus bu barədə belə yazır:

"Neandertal insan qalıqlarının və müasir insan sümüklərinin müqayisəli analizi nəticəsində məlum olmuşdur ki, neandertal insanın anatomiyasında və ya hərəkətlərində, alətlərdən istifadə etmək bacarığında, şüur səviyyəsində və danışıq qabiliyyətində onun müasir insanlardan geri qalmasından xəbər verən heç bir primitivlik yoxdur".77

Buna görə müasir tədqiqatçıların çoxu neandertalı insan yarımnövünə aid edir və ona "Homo sapiens neandertalensis" adını verirlər. Tapıntılar göstərmişdir ki, neandertal insanlar ölülərini dəfn edir, musiqi alətləri düzəldir və həmin dövr ərzində mövcud olan inkişaf etmiş Homo sapiens mədəniyyəti ilə əlaqə saxlayırdılar. Bir sözlə, neandertal insanlar zaman keçdikcə nəsli kəsilmiş iribədənli insan irqidir.