Oxu müddəti: ~2 dəq.

Homo rudolfensis istilahından 1972-ci ildə Keniyada Rudolf çayının ətraflarında tapılmış skelet qalıqları üçün istifadə olunur. Həmin ad qalıqların guya təqdim etdikləri növə də verilmişdir. Əksər paleoantropoloqlar bu faktla razılaşır ki, Homo rudolfensis qalıqları başqa növə yox, Homo habilis, yəni meymun növünə aiddir.
Qalıqları aşkar edən Riçard Liki "KNM-ER 1470" adlandırılan kəllənin yaşını 2,8 milyon il olduğunu müəyyən etmiş və bunu antropologiya tarixində olan ən böyük tapıntı kimi təqdim etmişdi. Təbii ki, bu hadisə böyük maraq doğurmuşdu. Tapılan canlının kəllə ölçüləri avstralopitekdə olduğu kimi idi, sifəti isə insan sifətinə bənzəyirdi. Likinin fikrincə, bu canlı avstralopiteklə insan arasında olan itirilmiş həlqə idi. Lakin bir qədər sonra aydın oldu ki, rəsmi elmi jurnalların üzərində yerləşdirilən KNM-ER 1470 kəlləsinin "insan" üzünün şəkli yenidən qurulması (rekonstruksiya) zamanı bəlkə də qəsdən buraxılmış səhvlər nəticəsində ortaya çıxmışdır. İnsan sifətinin anatomiyası sahəsində ixtisaslaşan professor Tim Bromeyc 1992-ci ildə kompüter vasitəsilə aşkar edilmiş həqiqət haqqında bunları söyləyir:
"KNM-ER 1470-in yenidən qurulması (rekonstruksiyası) zamanı sifət müasir insanda olduğu kimi demək olar ki, kəlləyə paralel yerləşdirilmişdir. Ancaq aparılmış tədqiqatlar sifətin kəlləyə daha əyilmiş vəziyyətdə yerləşməsini tələb edir. Bu cür yerləşdirmədə biz avstralopitekdə olduğu kimi meymunabənzər sifət əldə edə bilərik."68
Təkamülçü paleoantropoloq C.Kronin bu məsələyə dair belə deyir:
"Kobud şəkildə formalaşmış sifət, kəllənin kiçik eni və iri azı dişləri - KNM-ER 1470 kəlləsinin ilkin xüsusiyyətləri avstralopitek kəlləsinə də xasdır. KNM-ER 1470 də Homo-nun başqa ibtidai nümunələri kimi naziksümüklü avstralopiteklərlə quruluş etibarilə çox oxşarlıqlara malikdir. Bu xüsusiyyətlər Homo-nun sonrakı nümunələrində (yəni Homo erectus-da) aşkar olunmur".69
Miçiqan Universitetindən (ABŞ) Ç.Lorinq Breys KNM-ER 1470-in çənə və diş quruluşu ilə əlaqədar bir sıra analizlər apararaq eyni nəticəyə gəlmişdir:
"İri çənə və azı dişlərinin tutduğu boşluq KNM-ER 1470-in sözün əsl mənasında avstralopitekin sifət və dişlərinə malik olmasından xəbər verir".70
KNM-ER 1470-i Likidən heç də az tədqiq etməmiş Con Hopkins adına universitetin (ABŞ) paleoantropoloqu, professor Alan Uolker bildirir ki, bu məxluq insan növünə, yəni Homo habilis və ya Homo rudolfenisis-ə yox, əksinə, Australorithecus sinfinə aid edilməlidir.71
Bir sözlə, Homo habilis və ya Homo rudolfenisis-i Australorithecus-la Homo erectus-un arasında olan keçid forması kimi təqdim etmək istəyən bu cür təsnifatlar tamamilə uydurmadır. Bu məxluqların hər biri Australorithecus silsiləsinin adi nümayəndəsidir və bu faktla bu gün tədqiqatçılrın çoxu razılaşır. Bu məxluqların bütün anatomik xüsusiyyətləri onların meymun növünə aid olmasından xəbər verir. Onların ardınca gələn "Homo" qalıqları isə həqiqətən də insana məxsusdur.
