Oxu müddəti: ~2 dəq.
Darvinizmə görə, müasir insanlar meymunabənzər məxluqlardan yaranmışlar. 4-5 milyon il bundan əvvəl başlayan prosesin gedişində meymunla insan arasında "keçid formaları"nın olması zənn edilir. Uydurulmuş ssenaridə dörd əsas "kateqoriya" sadalanır:
1.Australorithecus - (avstralopitek)
2. Homo habilis - (bacarıqlı insan
3. Homo erectus - (dikyeriyən insan)
4.Homo sapiens - (şüurlu insan)
Təkamülçülər insanın belə demək mümkünsə, ilk meymunabənzər əcdadı zənn etdikləri canlını "cənub meymunu" mənasına gələn "Australorithecines" adlandırırdılar. Əslində isə bu canlı nəsli kəsilmiş meymun növündən başqa bir şey deyildi. Australorithecines-lər müxtəlif - bəziləri iri, digərləri isə daha xırda və zərif bədən quruluşlu olurlar. Təkamülçülər insanın təkamülünün növbəti mərhələlərini "homo", yəni "insan" adlandırdılar. İddiaya görə, homo silsiləsindən olan məxluqlar Australorithecines-lə müqayisədə daha çox inkişaf etmişdilər.
Təkamülçü nəşrlərdə və dərs vəsaitlərində tez-tez rast gəldiyimiz "Yava insanı"nı, "Pekin insanı"nı, "Lucy" adlanan skelet qalıqlarını yuxarıda sadalanan növlərin birinə aid etmək olar. Bu növlərin həmçinin yarımnövlərə bölünməsi güman edilir.
Təkamülçülər Australorithecus-Homo habilis-Homo erectus-Homo sapiens ardıcıllığını irəli sürməklə elə bir təsəvvür yaratmaq istəyirdilər ki, sanki hər bir növ ondan sonra gələn növün əcdadı olmuşdur. Bununla belə antropoloqların son tədqiqatları Australorithecus, Homo habilis və Homo erectus növlərinin eyni zamanda, lakin dünyanın ayrı-ayrı yerlərində yaşadığını təsdiq edir. Həmçinin Homo erectus sinfinə aid edilmiş insanlar lap müasir dövrə qədər Homo sapiens Neandertalensis və Homo sapiens sapiens-lə (müasir insanla) yanaşı eyni dövrdə, yan-yana yaşamışlar. Yəni həmin fakt bu canlıların bir-birinə əcdad olması iddiasını aydın və qəti surətdə təkzib edir.
Nəticədə bu sahədə olan bütün elmi məlumatlar, tədqiqatlar və təkamülçülər tərəfindən təqdim olunan skelet qalıqları insanın heç vaxt təkamül prosesinə məruz qalmadığından xəbər verir. Bu qalıqların bir hissəsi meymun növlərinə, digər hissəsi isə müxtəlif insan irqlərinə məxsusdur. Bəs onda qalıqların hansıları insanlara, hansıları meymunlara məxsusdur? Və bunlardan hansısa birini "keçid forması" saymaq olarmı? Bu suallara cavab tapmaq üçün kateqoriyaları ardıcıllıqla nəzərdən keçirək.



