Həyatın Mənşəyi
AZEN

Həyatın yer üzündə yaradılması həqiqəti

Giriş

Oxu müddəti: ~1 dəq.

Əvvəlki fəsillərdə biz həyatın İlahi tərəfindən yaradılmasını inkar edən təkamül nəzəriyyəsinin elmi dəlillər qarşısında necə yöndəmsiz bir vəziyyətdə qalmasını araşdırdıq.

Müasir elm özünün paleontologiya, biokimya, anatomiya kimi sahələri vasitəsilə şübhəsiz bir həqiqəti - bütün canlıların Allah tərəfindən yaradılması həqiqətini açıqladı. Bu həqiqəti başa düşmək üçün biokimyəvi analizlərin və geoloji qazıntıların nəticəsi prinsipcə heç də vacib deyil. İnsanın nəzəri hara yönəlirsə yönəlsin və nəyi tədqiq edirsə etsin, onu əhatə edən bütün canlılar Ali Şüurun mövcudluğunun təsdiqidir. Hər bir həşərat və ya dənizin dibindəki kiçik balıqlar insan şüurunun dərk edə bilmədiyi dizayna və texnologiyaya malikdir.

Bəzi canlı orqanizmlər şüurlu olmadıqları halda hansısa bir çətin işi o qədər mükəmməl edirlər ki, onu hətta insan da edə bilməz. Hər şeyi əhatə edən bu nizam bütün təbiətdə hökmranlıq edir və Yaradanın -Allahın varlığının sübutudur. Sonrakı səhifələrdə biz Yaradanın varlığını təsdiqləyən yüz minlərlə nümunədən bir neçəsini araşdıracağıq.