Oxu müddəti: ~1 dəq.
Balıqların bəzi növləri, məsələn, çay angvilləri və dəniz pişiyi (tikan quyruq) onlar tərəfindən əldə edilən enerjidən öz düşmənlərindən qorunmaq və öz ovlarını zərərsizləşdirmək üçün istifadə edir. İnsan da daxil olmaqla hər bir canlının bədənində az bir miqdarda elektrik enerjisi var. Amma insan bu elektrik enerjisini yönəldə və onu öz xeyrinə olmaq şərtilə idarə edə bilmir. Yuxarıda adı çəkilən balıqlar özlərində 500-600 volt elektrik enerjisi saxlayır və bundan öz düşmənlərinə qarşı istifadə edə bilirlər. Bundan başqa, elektrik enerjisi onlara mənfi təsir etmir.


Özünümüdafiə üçün sərf olunan enerji bir neçə müddət sonra enerji yığan batareya kimi yenidən dolur və yenidən istifadəyə hazır yeni elektrik gücü əmələ gəlir. Balıqlar bu elektrik enerjisindən yalnız özlərini müdafiə etmək üçün istifadə etmirlər. Bu enerji istiqamətin müəyyən edilməsində və görünməyən obyektin hiss olunmasında böyük rol oynayır.
Balıqlar elektrik enerjisindən həmçinin siqnal vermək üçün istifadə edirlər. Hər hansı bir maneəyə rast gəldiyi zaman bu elektrik siqnalları dəyişir və geri əks olunurlar. Bu dəyişikliklər balığa qarşıdakı məsafə və əşyanın böyüklüyü haqqında məlumat verir.160
