Oxu müddəti: ~1 dəq.

Hamıya məlumdur ki, ağacdələnlər dimdikləri ilə ağacları deşir və bu yolla özlərinə yuva qururlar. Amma yəqin ki, heç kim fikirləşməyib ki, bu güclü zərbələr nəticəsində ağacdələnlərin beyninə nəyə görə qansızma baş vermir. Ağacdələnin işini mismar vurmaqla müqayisə etmək olar, amma çəkicin yerinə insanın başını təsəvvür etməliyik. Əgər insan bunu etməyə cəhd göstərsə, onda birinci növbədə beyin silkələnməsi, sonra isə beyinə qansızma baş verər. Bununla belə, ağaca 2,10-2,29 saniyə arasında 38-43 zərbə vuran ağacdələnlə buna bənzər heç nə baş vermir.
. Çünki ağacdələnin başının quruluşu onun yerinə yetirdiyi işə uyğun qurulub. Onun kəllə sümüklərinin arasında xüsusi yumşaldıcı toxuma var. Bu toxuma zərbələrin sərtliyini udur və yumşaldaraq "amortizasiya" sistemi rolunu oynayır.156
