Oxu müddəti: ~2 dəq.

Sözsüz ki, Yerdə həyatın varlığı bitkilər olmadan mümkün deyil. Bitkilər insanların nəfəs aldığı havanı təmizləyir, planetimizin temperaturunu tənzimləyir və atmosferdə qazların tarazlığını təmin edir. Bizim nəfəs aldığımız oksigen də bitkilər tərəfindən istehsal olunur. Qidamızın böyük bir hissəsini bitkilər təşkil edir. Digər funksiyalar kimi bitkinin insanların qidasını təmin etmək xüsusiyyəti də hüceyrələrin xüsusi quruluşunun nəticəsidir

Bitki hüceyrələri insanlardan və heyvanlardan fərqli olaraq Günəş şüalarından birbaşa istifadə edə bilir. Onlar Günəş enerjisini kimyəvi enerjiyə çevirərək onu xüsusi metodla toplayır. Bütün bu proses fotosintez adlanır. Əslində bu, hüceyrələrin bütövlükdə bir fəaliyyəti deyil, hüceyrədə müəyyən yer tutan və ona yaşıl rəng verən təkcə xloroplastın fəaliyyətidir. Yalnız mikroskopla görülə bilən bu balaca yaşıl orqanellər Günəş enerjisini üzvi maddəyə çevirən dünyada yeganə laboratoriyadır. Hər il Yer kürəsində xloroplastlar tərəfindən istehsal olunan maddənin miqdarı 200 milyard tondan yuxarıdır. Bu istehsal prosesi planetdə yaşayan bütün canlı varlıqlar üçün həyati vacib əhəmiyyət kəsb edir. Belə nadir istehsal mühüm bir kimyəvi prosesin nəticəsində həyata keçir. Xloroplastda yerləşən xlorofilin minlərlə piqmentinə Günəş şüası düşdüyü zaman reaksiya çox qısa bir zamanda - 0,1 saniyədə baş verir. Buna görə də xlorofildə baş verən reaksiyanın bir çoxunu müşahidə etmək mümkün deyil
Bildiyimiz kimi, müasir texnologiyanın nailiyyətləri bizə Günəş enerjisini elektrik və ya kimyəvi enerjiyə çevirmək imkanı yaratmışdır. Bunun üçün yüksək texnologiya tələb olunsa da bitkilərin kiçik bir hüceyrəsi bunu milyonlarla il ərzində daha mükəmməl şəkildə yerinə yetirir.
Bu gözəl sistem bir halda hər şeyin Yaradan tərəfindən xəlq olunduğuna dəlalət edir. İnanılmaz dərəcədə mürəkkəb bir proses olan fotosintez Allah tərəfindən yaradılan şüurlu bir prosesdir. Bu prosesin həyata keçirilməsi üçün yarpağın mikroskopik sahəsində bənzəri olmayan bir fabrik yerləşdirilib. Bu mükəmməl quruluş hər şeyin Aləmlərin Rəbbi olan Allah tərəfindən yaradıldığını sübut edən çoxsaylı dəlillərdən biridir.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).
