Oxu müddəti: ~1 dəq.
Su üzərində gəzməyi bacaran çox az heyvan var. Buna nümunə olaraq çox nadir rast gəlinən və Latın Amerikasında məskunlaşan heyvanı - uzunquyruq Amerika kərtənkələsini göstərə bilərik. Bu heyvanın arxa barmaqlarının ətrafında pərdə var, o, bunun sayəsində su üzərində gəzir. Bu pərdələr quruda yığılır. Əgər heyvan təhlükə ilə üzləşirsə, o zaman böyük sürətlə axar suyun və ya gölməçənin üzəri ilə qaçır. Bu zaman ayağının pərdələri açılaraq su üzərində daha tez hərəkət etmək üçün əlavə sahə yaradır.166 Uzunquyruq Amerika kərtənkələsinin belə orijinal quruluşu Yaradanın varlığını sübut edən növbəti bir dəlildir.
