Həyatın Mənşəyi
AZEN

Həyatın yer üzündə yaradılması həqiqəti

Peşəkar Mühəndislər - Termitlər

Oxu müddəti: ~1 dəq.

termit, termit evleri

Heç kim termitlər koloniyasının yerdə tikdiyi yuvaların yanında dayanıb ona yaxından və diqqətlə baxmamış keçə bilməz. Çünki termitlərin yuvası hündürlüyü 5-6 metrə çatan memarlıq möcüzəsidir. Termitlərin bədən quruluşunun xüsusiyyətləri onlara günəş altında olmağa imkan vermir və buna görə də bu yuvalar özlərində termitlərin bütün ehtiyaclarını ödəyən müxtəlif mürəkkəb sistemləri birləşdirir. Ventilyasiya sistemi, kanallar, sürfələr üçün otaqlar, keçid yolları, xüsusi göbələklərin yetişdirilməsi üçün bağlar, ehtiyat çıxışlar, soyuqda və istidə istifadə olunan otaqlar, bir sözlə, həyat üçün lazım olan hər şey. Lakin hər şeydən təəccüblüsü odur ki, bu yuvaları tikən termitlər tamamilə kordur.155

Amma buna baxmayaraq termitlər öz ölçülərindən təxminən 300 dəfə böyük olan tikintiləri uğurla ucaldırlar.

Daha bir məsələ heyrətamiz və şaşırdıcıdır: əgər termitlərin yuvasını tikintinin başlanğıc mərhələsində iki yerə bölsək və bir neçə vaxtdan sonra yenidən bu iki hissəni birləşdirsək, onda görərik ki, bütün detallar bir-biri ilə tamamilə ideal səviyyədə uyğun gəlir. Elə təəssürat yaranır ki, bir-birindən ayrı işləyən termitlər bir yerdən əmr alaraq öz işlərini yerinə yetirirlər.