Həyatın Mənşəyi
AZEN

Həyatın yer üzündə yaradılması həqiqəti

Ağcaqanadların Quruluşu

Oxu müddəti: ~1 dəq.

sivri sinek, mucize

Bizim nəzərimizdə ağcaqanadlar həmişə uçur. Amma əslində ağcaqanadlar öz inkişaf prosesinin müəyyən mərhələsini su altında keçirir və sudan mükəmməl bir quruluşa malik bir şəkildə, quruda yaşaya bilmək üçün lazım olan bütün orqanlara sahib olaraq çıxırlar. Ağcaqanad öz şikarının yerini müəyyən edə bilən xüsusi həssas lamisə qabiliyyətinə malik "cihazlarla" təchiz olunmuş halda uçmağa başlayır. Bu xüsusiyyətlə o, istilik, qaz, rütubət və iy dalğalarını tuta bilən hərbi təyyarəyə bənzəyir. Bununla yanaşı, ağcaqanad zülmət qaranlıqda hərarətə müvafiq görmə qabiliyyətinə malikdir ki, bu da ona öz şikarının yerini müəyyən etməyə imkan verir.

Ağcaqanadların qansorma prosesi insan ağlının çox çətinliklə qavraya biləcəyi dərəcədə kompleks bir şəkildədir. "Altı bıçaqdan" ibarət olan deşmə sistemi dərini mişar kimi kəsərək orada deşik açır. Bu proses zamanı yerli keyləşdirici xüsusiyyətə malik maye ifraz olunur. Bu keyləşdirici nəticəsində insan öz bədənindən qan sorulmasını hiss etmir. İfraz olunan bu maddə eyni zamanda qanın laxtalanmasının qarşısını alır və beləliklə də qansorma prosesi davam edir.

Əgər bu sistemin elementlərindən hər hansı biri əskik olarsa, ağcaqanadlar qanla qidalana və yaşaya bilməzdilər. Belə kiçik bir canlı orqanizm özünün qeyri-adi quruluşa malik olması ilə Yaradanın varlığını sübut edir. Allah-Təala düşünən insanlar üçün ağcaqanadı belə nümunə gətirir:

"Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdə çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Kafirlər isə: "Allah bu məsələ ilə nə demək istəyir?" deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir" ("Bəqərə" surəsi, 26).

Quranın digər surəsində Allah insanlara belə müraciət edir:

"Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə. Əgər milçək onlardan bir şey aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!" ("Həcc" surəsi, 73).