Oxu müddəti: ~1 dəq.
Qış yuxusuna gedən heyvanların bədəninin hərarəti ətraf mühitin temperaturu həddinə qədər düşdüyü zaman onların orqanizminin həyat fəaliyyəti dayanmır. Onlar buna necə nail olurlar?
Məməlilər istiqanlıdır, yəni normal şəraitdə daimi bədən temperaturuna malikdirlər. Orqanizmin təbii termostatı bu hərarəti müntəzəm şəkildə tənzimləyir. Ancaq bəzi kiçik məməlilərin bədəninin hərarəti qış yuxusu zamanı dəyişir və donma nöqtəsindən bir az yuxarıda olur (bədənin normal hərarəti 40 dərəcədir). Tənəffüs və metabolizm (maddələr mübadiləsi) zəifləyir, ürəyin döyüntüləri 1 dəqiqədə 200-dən 7-10 dəfəyə düşür, təbii reflekslər dayanır, beyinin elektrik fəaliyyəti azalır. Hərəkətsizliyin qorxusu odur ki, hüceyrələr dona və buz kristalları onları zədələyə bilər. Ancaq orqanizmin xüsusi quruluşu sayəsində heyvanlar qış yuxusu zamanı bu çətinliklərdən qorunurlar. Qış yuxusuna gedən heyvanların orqanizmindəki maye yüksək molekulyar çəkisi olan kimyəvi elementlərə bürünür. Buna görə də donma nöqtəsi düşür və donmanın qarşısı alınmış olur.159
