Oxu müddəti: ~1 dəq.

Məməlilər havaya daimi ehtiyac duyur və buna görə də su onlar üçün o qədər də uyğun yer sayılmır. Amma su məməlisi olan balinada bu problem həll olunmuşdur. Belə ki, balina quruda yaşayan bir çox heyvanlardan daha mükəmməl tənəffüs sisteminə malikdir. Balina istifadə etdiyi havanın 90 faizini birdəfəyə havaya buraxa bilir. Buna görə də balinanın havaya ehtiyacı daha azdır. Bununla yanaşı balinanın əzələlərində oksigenin yığılmasını təmin edən "mioqlobin" adlanan maddə var. Məsələn, "gin-back" balinası bu sistemin köməyi ilə 500 metr dərinliyə baş vurur və orada 40 dəqiqə nəfəs almadan qalır.158 Quruda yaşayan məməlilərin əksinə olaraq balinanın burun pərləri daha rahat tənəffüsü təmin etmək üçün kürəyində yerləşir.
