Oxu müddəti: ~1 dəq.

Evkalipt ağacının yarpağındakı yağlar bir çox məməli heyvanlar üçün zəhərlidir. Bu zəhər evkaliptin düşmənlərindən özünəməxsus kimyəvi qorunma mexanizmidir. Ancaq məməlilərin xüsusi bir növü var ki, bu evkaliptin zəhərli yarpaqları ilə qidalana bilir. Bu, kisəli heyvan koaladır.
Koala evkalipt ağaclarında gizlənir, burada qidalanır. Normal halda digər məməlilər kimi koala da bu ağaclarda olan sellülozu həzm edə bilməzdi. Bu zaman onlar sellülozu həzm edə bilən orqanizmlərdən asılıdır. Bu mikroorqanizmlər də nazik və qalın bağırsaqların birləşdiyi yerdə olan kor bağırsaqda yerləşir. Kor bağırsaq koalanın həzm sisteminin ən maraqlı hissəsidir. Bu hissə fermentasiya (qıcqırma) otağına bənzəyir, burada yarpaqların hissələrinin keçidi yavaşıyır, bu da öz növbəsində mikroorqanizmlərə sellülozu həzm etmək imkanı verir. Bunun sayəsində koala tərkibində zəhərli yağlar olan evkalipt yarpağını zərərsizləşdirir.164
