Oxu müddəti: ~1 dəq.

Məlumdur ki, bal arıları özlərinə lazım olan miqdardan artıq bal yığır və onları şanlarda saxlayırlar. Altıbucaqlı şanlar hamıya yaxşı məlumdur. Siz heç fikirləşmisinizmi ki, arı şanlarının dəlikləri nəyə görə 8 bucaq və ya 5 bucaq deyil, məhz 6 bucaqdır?
Bu suala cavab axtaran riyaziyyatcılar çox maraqlı bir nəticəyə gəliblər: "Altıbucaqlı sahə vahidinin maksimal istifadəsi üçün ən ideal həndəsi formadır". Altıbucaqlı dəlik maksimal miqdarda bal tutur və eyni zamanda onun qurulması üçün minimal miqdarda mum tələb olunur. Yəni bal arısı bütün mümkün formalardan ən sərfəlisini seçir.
Şanların tikintisində istifadə olunan üsul da çox qəribədir: bal arıları şanları eyni zamanda 2-3 müxtəlif nöqtədən tikməyə başlayır və onları 2-3 cərgə qaldırırlar. Beləliklə, böyük arı dəstəsi müxtəlif nöqtələrdən başlayaraq eyni ölçülərdə altıbucaqlar düzəldərək ilk öncə ucaldılan bu iki cərgəni birləşdirir və onlar işin yekununda ortada görüşürlər... Altıbucaqlar o qədər peşəkarcasına və böyük ustalıqla birləşdirilir ki, kənardan şanların birləşməsinin izlərini görmək mümkün olmur.

Arılar tərəfindən görülən bu qeyri-adi iş bizi arılara rəhbərlik edən Yüksək İradənin varlığı ilə razılaşmağa vadar edir. Təkamülçülər bunu "instinkt" (daxili cəhd) adlandırır, beləliklə, bu xüsusiyyəti arıların öz ayağına yazırlar. Bununla belə, əgər bir-birinin mövcudluğuna şübhə etməyən arılara təsir edən və onları birləşdirən "canatma" varsa da bu kiçik məxluqlar üzərində hökmranlıq edən Ali Şüur da məhz budur. Daha aydın desək, bu kiçik canlı məxluqları Yaradan Allah onları bu işə sövq edir. İnsanlar üçün isə bu həqiqət 14 əsr bundan əvvəl Quranda bildirilmişdir
"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə özünə yuva tik; sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get! O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!" ("Nəhl" surəsi, 68-69).
