Həyatın Mənşəyi
AZEN

Həyatın yer üzündə yaradılması həqiqəti

Məcburi Köç

Oxu müddəti: ~1 dəq.

somon balığı,somon göç

Sakit okeanda yaşayan somğanın xüsusiyyətlərindən biri də odur ki, o, kürü tökmək üçün çıxdığı çaya geri dönür. Ömrünün bir çox hissəsini dənizdə keçirən bu balıq şirin suya kürü tökmək üçün gəlir.

Yayın əvvəllərində somğa yolunu başladığı zaman al qırmızı rəngdə olur. Səyahətin sonuda isə onun rəngi qaraya dəyişir. Köçə başladığı zaman o, əvvəlcə sahilə yaxınlaşır, sonra isə çaya yetişməyə çalışır. Bütün maneələrə baxmayaraq onlar doğma diyara yetişməyə can atırlar. Lazım gələndə çayın axınına tərs istiqamətdə də üzürlər, bu zaman isə onlar şəlalələri, bəndləri aşıb kürüdən çıxdıqları yerə çatırlar. 3500­4000 km-lik yolun sonunda dişi somğalarda kürü, erkək somğalarda isə spermatozoidlər əmələ gəlir. Dişi somğalar doğma yerlərə birinci çatır və təqribən 3-5 min kürü dənələri buraxır, erkək somğalar isə onları mayalandırırlar. Köçün sonunda və kürü tökəndən sonra balıqlar yorulur. Dişi somğalar zəifləyir, quyruqlarının üzgəçləri yeyilir, dəri isə qara rəng almağa başlayır. Erkək somğalarda da eyni proses baş verir. Bir neçə vaxtdan sonra çay ölü balıqlarla dolu olur. Amma kürü dənələrindən onların keçdiyi eyni yolu keçəcək yeni nəsil əmələ gəlir.

Görəsən, somğalar dənizə gedən bu yolu necə keçir, yolu necə müəyyən edirlər? Bunlar cavab gözləyən suallardır. Bu mövzuya dair bir çox təxminlər var, amma dəqiq cavab hələ də yoxdur. Görəsən, hansı qüvvə balıqları idarə edərək geriyə, doğma yerlərə göndərir? Onları idarə və sövq edən hamıdan uca Yaradanın varlığı açıq-aşkardır.