Oxu müddəti: ~1 dəq.
Donmuş qurbağa heç bir həyat əlaməti olmayan qeyri-adi bioloji strukturdur. Ürək döyüntüləri, tənəffüs, qan dövranı tamamilə dayanmışdır. Ancaq həmin qurbağa istilərin düşməsi ilə sanki yuxudan ayılmış kimi yenidən normal həyata qayıdır.
Donmuş canlı bir çox ölüm təhlükələri ilə üz-üzə qalır. Amma qurbağa üçün belə təhlükə yoxdur. Bu halda qurbağanın orqanizmində həddindən artıq qlükoza istehsal olunur. Qurbağanın qanında şəkərin dərəcəsi şəkər xəstələrində olduğu qədər yüksəlir. Bəzən bu dərəcə 550 mmol/l qədər yüksəlir (qurbağa üçün normal dərəcə 1-5, insanlar üçün isə 4-5 mmol/l-dir).
Normal şəraitdə qlükozanın bu dərəcəyə yüksəlməsi böyük çətinliklər törədir. Qlükoznın dərəcəsi hüceyrələrdə mayenin saxlanmasına imkan yaradır və hüceyrələrin qırışmasının qarşısını alır. Qurbağanın hüceyrəsinin üst qatı qlükozanı qəbul edəcək hala gəlir və beləliklə, o, asanlıqla hüceyrəyə daxil olur. Qurbağanın orqanizmində böyük miqdarda qlükozanın olması donma nöqtəsi temperaturunu aşağı salır və buna görə də daxili mayenin yalnız az bir hissəsi donur. Tədqiqatçılar müəyyən ediblər ki, qlükoza hətta donmuş hüceyrəni də qidalandıra bilər. Qlükoza təbii yanacaq sayılır və maddələr mübadiləsinin bir çox reaksiyasını, məsələn, sidik cövhərinin sintezini dayandırır. Bunun nəticəsində hüceyrə qidalanmasının müxtəlif qaynaqlarının tez tükənməsinin qarşısı alınır.
Görəsən, qurbağanın orqanizmində bu qədər qlükoza necə əmələ gələ bilər? Cavab çox maraqlıdır. Heyvan oraqnizmində bu işi yerinə yetirən sistem var. Dərinin üzərində buzlaşma aşkar edildiyi zaman bu məlumat qara ciyərə ötürülür və bu orqandakı qlikogenin bir hissəsi qlükozaya çevrilir. Qara ciyərə daxil olan bu informasiyanın mahiyyəti indiyədək müəyyən edilməmişdir. Siqnalın daxil olmasından 5 dəqiqə sonra qanda şəkərin miqdarı sürətlə artmağa başlayır.161 Və əlbəttə ki, lazım olan vaxtda maddələr mübadiləsini və digər həyati vacib prosesləri təmin edən belə bir sistemin mövcud olması mükəmməl Yaradanın, ali və hər şeyi bilən Zəka Sahibinin varlığına dəlalət edir. Heç bir təsadüf belə bir ideal və kompleksli sistem yarada bilməz
