Oxu müddəti: ~1 dəq.

Yarasalar zülmət qaranlıqda uça bilirlər və bunun üçün onlarda istiqaməti müəyyənləşdirməyə kömək edən olduqca maraqlı bir sistem var. Biz bu sistemi lokasiya, yəni səs dalğalarının əks-sədalarının köməyi ilə ətrafdakı əşyaların formalarının müəyyənləşdirilməsi adlandırırıq.
Gənc bir adam saniyədə 20.000 tezliyi olan titrəmələri çətinliklə seçə bilir, halbuki xüsusi hazırlanmış "lokasiya sistemli" yarasa saniyədə 50.000-dən 200.000 tezlikli olan səs titrəmələrindən istifadə edir. O, hər saniyədə 20 və ya 30 dəfə bu siqnalları müxtəlif istiqamətlərə göndərir. Hər siqnalın əks-sədasından alınan siqnal o qədər həssasdır ki, yarasa nəinki maneənin mövqesini, eyni zamanda sürətlə uçan ovun yerini də müəyyənləşdirir.157
