Oxu müddəti: ~1 dəq.

Yırtıcı quşların gözünün iti görməsi onların öz ovlarını uzaq məsafədən görməsinə şərait yaradır. Bunun sayəsində isə onlar birbaşa hücum zamanı məsafəni çox dəqiq təyin edə bilirlər. Bununla yanaşı, onların böyük gözləri çoxlu sayda hüceyrələrlə zəngindir, bu isə onların görmə qabiliyyətini artırır. Yırtıcı quşun gözü 1 milyondan çox görmə hüceyrəsindən ibarətdir.
Buna görə də bir neçə min metr yüksəklikdə uçan qartallar yer üzərində olanları seyr edə bilirlər. Hədəfi dəqiqliklə müəyyən edən müasir hərbi təyyarələr kimi qartallar da öz şikarlarının rəngini və hərəkətlərini dəqiqliklə izləyərək ovu müəyyən edirlər. Qartalın gözü 300 dərəcə radiusda olanları izləməyə şərait yaradır və təsviri 6 dəfədən 8 dəfəyə qədər böyüdə bilir.
Qartal 4500 metr hündürlükdə uçduğu zaman öz baxışı ilə 30 min hektar əraziyə nəzarət edə bilər. 1500 metr yüksəklikdə uçduğu zaman isə çöllükdə otların arasında gizlənən dovşanı görə bilər.
Aydındır ki, qartalın qeyri-adi göz quruluşu xüsusi olaraq onun üçün yaradılmışdır.
