Həyatın Mənşəyi
AZEN

Nəticə: təkamül nəzəriyyəsi saxtakarlıqdır

Allah Hər Şeyi Öz İstədiyi Kimi Yaradır

Oxu müddəti: ~4 dəq.

Təkamülçülərin ssenarilərinin biri həyata keçsəydi, nə dəyişilərdi? Heç nə... Çünki təkamül nəzəriyyəsinin irəli sürdüyü və təsadüflərə arxalanan hər bir mərhələ ancaq möcüzə nəticəsində əmələ gələ bilər. Yəni canlı orqanizmin yaranmasının hər bir mərhələsi Yaradanın sayəsində həyata keçə bilər. Bu mərhələlərin təsadüfən həyata keçməsi heç cür mümkün deyil. Əgər ilkin mühitdə zülal yaranıbsa da ehtimal qanunları, biologiya və kimya qanunları sübut edir ki, bu da təsadüfən baş verməyib. Əgər təkid etsək ki yaranıb, onda onun İlahi tərəfindən yaradılmasını təsdiqləməkdən başqa heç bir alternativ qalmır. Bu məntiq təkamülçülərin başqa məsələləri üçün də doğrudur. Məsələn, balıqların sudan quruya keçməsini təsdiqləyən heç bir paleontoloji tapıntı, eləcə də bu keçidi doğruldan heç bir məntiqli fiziki, kimyəvi və bioloji qayda yoxdur.

Yox, əgər kimsə təkid edirsə ki "balıqlar quruya çıxaraq sürünənlərə çevriliblər", onda bunu deyən bütün qayda-qanunlardan kənarda olmaqla Yaradanı da tanımalıdır. O Yaradanı ki, "Ol" deyir və hər şey həyata keçir. Başqa hər bir fikir özünə və məntiq qaydalarına zidd olacaq.

Həqiqət göz qabağındadır: bütün canlılar mükəmməl yaradıcılığın nəticəsidir, bu isə hər şeydən Güclü, hər şeyi Bilən və şüurlu Yaradanın varlığını sübut edir. Bu Yaradan isə Allahdır. O, göyün, yerin və onların arasında olan hər şeyin Sahibidir.