Oxu müddəti: ~1 dəq.
Təkamül nəzəriyyəsini inkar edən hələ çox elmi dəlil var. Bu kitabın məzmunu nəticə çıxarmaq üçün kifayətdir: təkamül nəzəriyyəsi materialist fəlsəfənin mövcudluğuna bəraət qazandırmaq üçün müdafiə olunan və "elmi" maska geyindirilmiş ağ yalandır. Bu yalan nəzəriyyə elmə yox, təbliğata və saxtakarlığa arxalanaraq cəmiyyətin "beynini doldurmaq" məqsədini daşıyır.
Əvvəlki səhifələrdə olan bəzi əsas dəlilləri qısaca olaraq ümumiləşdirək:
Təkamül nəzəriyyəsi əvvəlcədən özü-özünə zidd olan nəzəriyyədir. Çünki təkamülçülər indiyə qədər Yer üzündəki bütün canlıların əsas maddəsini təşkil edən, canlı orqanizm üçün zəruri olan tək bir zülalın yaranmasını və ya ilkin atmosferdə canlı hüceyrənin qorunub saxlanmasını izah edə bilmirlər. Ehtimalların hesablanması, fiziki və kimyəvi düsturlar isə həyatın təsadüfən əmələ gəlməsi fikrini tamamilə təkzib edir. Milyonda bir təsadüf nəticəsində zülalların ardıcıl birləşməsi və hüceyrənin əmələ gəlməsi; trilyonda bir təsadüf nəticəsində bu hüceyrələrin bir yerə yığılması və canlı orqanizmin əmələ gəlməsi; bu canlı orqanizmlərdən balıqların əmələ gəlməsi; balıqlardan quruya çıxan sürünənlərin peyda olması; sürünənlərdən quşların və məməlilərin əmələ gəlməsi; bu yolla Yerdə yaşayan milyonlarla növlərin peyda olması fikri sizcə, ağıllı və məntiqlidirmi?
Bəlkə də sizin üçün bu, mümkün deyil, amma təkamülcülər doğrudan da bu nağıla inanırlar. Lakin bu, ancaq inamdır, belə ki, bunun doğruluğunu isbat edən heç bir sübut yoxdur. Yarıbalıq-yarısürünən və ya yarısürünən-yarıquş kimi keçid forma qalıqları da tapılmamışdır. Hətta müasir laboratoriya şəraitində zülalın ilkin (təkamülçülərin adlandırdığı kimi) atmosferdə alınması ehtimalı sübut olunmayıb: bundan əlavə, heç olmasa zülalın tərkibində olan bir amin turşusunun əmələ gəlməsi istisna olunur. Əksinə, bütün bu cəhdlərin nəticəsində təkamülçülər özləri də istəmədən göstərdilər ki, təkamül kimi bir proses Yerdə heç vaxt baş verməyib və baş verə də bilməz.
