Oxu müddəti: ~1 dəq.
Canlı orqanizmlərin bir-birinə oxşar çox növü var. Məsələn, ata və pişiyə oxşayan növlər var. Həşəratlar da bir-birinə bənzəyir. Lakin bu bənzərlik heç kimi təəccübləndirmir. Amma nəyə görəsə insanın və meymunun xarici oxşarlığı bəzi insanlarda cürbəcür ssenarilər quracaq qədər maraq doğurdu. Bunlarla yanaşı, insanın və meymunun xarici oxşarlığı hələ heç nə demir. Kərgədan və kərgədan böcəyi də xarici görünüş etibarilə bir-birinə oxşayır, amma məməli heyvanla həşərat arasında təkamül əlaqəsini qurmaq cəhdi çox gülməli olardı.
İnsanla meymun və meymunla başqa heyvanlar arasındakı oxşarlıq da səthi oxşarlıqdan başqa bir şey deyil. Əgər həndəsə möcüzəsi olan şanı tikən arıların, mühəndislik möcüzəsi olan toru hörən hörümçəklərin əqli bacarığını müqayisə etsək, məlum olar ki, onlar insana meymundan daha çox yaxındır. Bəzi hallarda hətta insandan da mükəmməldirlər...
Bundan əlavə, insanla meymun arasında böyük fərq var. Son nəticədə meymun adi heyvandır, şüur nöqteyi-nəzərindən atdan və itdən seçilmir. İnsan isə ağıla malik şüurlu varlıqdır - iradəsi var, düşünür, danışır, həll edir, götür-qoy edir. Bütün bu xüsusiyyətlər "ruhun" funksiyalarıdır.
Məhz bu "ruh" məsələsi insanı heyvandan ayıran keçilməz uçurumu əmələ gətirir. Heç bir fiziki oxşarlıq insanla başqa canlı orqanizmlər arasında olan səddi aşa bilməz. Təbiətdə ruha malik olan ancaq bir canlı orqanizm var ki, o da insandır.
