Oxu müddəti: ~3 dəq.
Təkamülçülər onlara təqdim olunan KİV-in köməyi ilə "beyinləri yuma" texnikasının üstünlüyündən məharətlə istifadə edirlər. İnsanların əksəriyyəti təkamülün doğruluğuna o qədər əmindir ki, heç vaxt "necə" və "nəyə görə" suallarını vermir. Təkamülçülərin nə yazmasından asılı olmayaraq bu hal dəyişməz qalır. Ona görə də təkamülçülər yalan məlumatı gözəl bəzəyərək onu elmi dəlil kimi təqdim edə bilirlər. Məsələn, təkamülün ən çıxılmaz məsələsi olan "sudan quruya keçid mərhələsi" təkamülçülərin hətta ən "elmi" əsərlərində o qədər primitiv şəkildə izah edilir ki, buna körpə uşağı da inandıra bilməzsən. Təkamül nəzəriyyəsinə görə, həyat suda əmələ gəlib, ilk heyvanlar isə balıqlar olub. Nəzəriyyənin iddiasına görə, aydın deyil ki, bir gün balıqlar özlərini quruya məhz hansı üsulla (!) çıxarıblar! (Bu məsələdə əksər hallarda quraqlıq "günahlandırılır"). Yenə də bu nəzəriyyəyə görə, quruda yaşamağa üstünlük verən balıqlarda üzgəclərin yerində hansı üsullasa ayaqlar, qəlsəmələrin yerində isə ağ ciyər əmələ gəlmişdir.
Təkamülçü kitabların əksəriyyəti heç vaxt bu ambisiyalı iddia haqqında "necə" sualını vermir. Bu iddianın əsaslandırılmaması ən "elmi" mənbələrdə gizlədilir və "Canlı orqanizmlər sudan quruya keçmişlər" şəkilli dəlil-sübutsuz ibarə ilə müdafiə olunurlar.
Maraqlıdır, görəsən bu "keçid" necə baş verib? Bilirik ki, balıq quruda 1-2 dəqiqədən artıq yaşaya bilməz. Əgər o fikirlə razılaşsaq ki quraqlıq balıqları quruya çıxmağa məcbur edib,- necə ki, təkamülçülər bunu təsdiqləyir,- onda təsəvvür edin balıqlar nə "çəkiblər"! Cavab aydındır: sudan çıxan balıqların hamısı 1-2 dəqiqədən sonra məhv olarlar. Qoy bu proses 10 milyon il davam etsin, amma cavab eyni olacaq: bütün balıqlar məhv olacaqlar. Çünki ağ ciyər kimi mürəkkəb əza "təsadüf", yəni mutasiya nəticəsində yarana bilməz. Ağ ciyərin yarısı, yəni natamam ağ ciyər isə faydasızdır.
Amma təkamülçülərin əsas iddia etdiyi "sudan quruya keçid", "qurudan havaya" və daha milyonlarla belə adlanan "sıçrayışlar" bu qeyri-məntiqi izahlarla açıqlanır. Lakin qulaq və göz kimi mürəkkəb üzvlərin yaranması sualına təkamülçülər ümumiyyətlə toxunmamağı daha üstün tuturlar, belə ki, bu metodu özləri üçün daha əlverişli hesab edirlər.
Lakin sadə insanlar "elmi qablaşdırma"nın təsirinə daha çox düşür: sudan quruya keçidin təsvir olunduğu bir şəkil çəkin; suda yaşayan heyvana, onun quruda olan "nəvəsinə" və "keçid formasına" latın dilində adlar fikirləşin və bu adları onlara verin. Sonra isə "bağlamanın" üzərində yalan yazın: "Eusthenopteron uzun sürən təkamül nəticəsində əvvəlcə Rhipitistish Yrossopteydiana sonra isə İchthuostega-ya çevrilmişdir". Bundan sonra bu yeni qondarma sözləri ağ xalatda olan eynəkli alimə təkrar etdirməyə çalışın. Bununla siz insanların əksəriyyətini tam əmin etmiş olarsınız. Çünki təkamülün kütlə arasında yayılmasını özünün əsas məqsədi hesab edən mətbuat ertəsi gün böyük sevinclə bu "kəşfi" Yer kürəsinin bütün nöqtələrinə xəbər verəcək.
