Oxu müddəti: ~5 dəq.
ABura qədər öyrəndiklərimizin hamısı təkamül nəzəriyyəsinin elmi əsasının olmadığını sübut etdi. Amma dünyadakı insanların bu haqda təsəvvürləri yoxdur və onlar təkamülü hələ də elmi həqiqət hesab edirlər. Bu yanlış fikrin yayılmasının ən əsas səbəbi isə dövri mətbuatın həyata keçirdiyi daimi təbliğat və təkamülün təlqin edilməsidir. Buna görə də təbliğatın və təlqinin bu xüsusiyyətlərinə toxunmağa dəyər. Əgər Qərbin bugünkü kütləvi informasiya vasitələrinə diqqətlə nəzər salsaq, orada təkamül nəzəriyyəsini tez-tez xatırladan xəbərlərlə rastlaşmaq olar. İri mətbuat orqanları, tanınmış və "nüfuzlu" jurnallar mütəmaddi olaraq bu nəzəriyyəni gündəliyə daxil edirlər. Onların istifadə etdiyi üsullar təkamül nəzəriyyəsi barədə onun mübahisəsiz, şübhə doğurmayan, sübut olunmuş həqiqət olması təəssüratını yaradır. Təbii ki, bu xəbərləri oxuyan sadə xalq təkamül nəzəriyyəsini gerçəklik kimi - hansısa məşhur riyazi qanun kimi - qəbul edir. Bu nəhənglərin yaydığı xəbərlər böyük qəzetlər vasitəsilə bizim ölkədə də nəşr edilir. İstifadə olunan üsullar klassikdir:




"Time"dan yeniliklər: "Təkamül zəncirindəki boşluğu dolduran çox mühüm skelet qalığı tapılmışdır..." və ya "Nature" xəbərlərində böyük şriftlə bu tipli cümlələr yazılır: "Alimlər cavabları məlum olmayan sualları işıqlandırıblar..."
Əslində isə "təkamül zəncirindəki boşluğu dolduran" heç bir sübut tapılmamışdır. İrəli sürülən bütün "sübutlar" saxtadır, bu haqda biz əvvəlki fəsillərdə ətraflı məlumat vermişdmk. Əgər elmi mənbələrə baxsaq, kütləvi informasiya vasitələri ilə bərabər ensiklopediyalarda, bioloji mövzuda yazılan kitablarda da anoloji halı müşahidə etmək olar.
Bir sözlə, materialistlərin nəzarəti altında olan mətbuat və akademik mənbələr təkamülçülərin maraqlarını və nöqteyi-nəzərini müdafiə edərək bunu cəmiyyətə təlqin edir. Bu təlqin o qədər təsirlidir ki, təkamül nəzəriyyəsi vaxt keçdikcə tabuya çevrildi. Təkamülü inkar etmək elmə qarşı çıxmaq, konkret dəlilləri qəbul etməmək kimi qəbul olundu. Bu səbəblər üzündən 1950-ci ildən bu günə kimi nəzəriyyənin ziddiyyətlərinə və bunun təkamülçü alimlər tərəfindən etiraf edilməsinə baxmayaraq elmi dairələrdə, alimlər arasında və mətbuatda təkamülü tənqid edən hər hansı fikrə rast gəlmək çətindir.
Təkamülçülərdən biri olan Duqlas Devar hind toyuqlarını ətraflı öyrənərək növlərin dəyişmədiyi qərarına gəlib. O, təkamül nəzəriyyəsi ilə mətbuat arasında olan mühüm qarşılıqlı əlaqəni belə vurğulayır:
"Yalnız çox az sayda insan başa düşür ki, təkamülçülərin kütləvi informasiya vasitələrini nəzarət altında saxlaması nə dərəcədə mühümdür. Bu gün jurnallarda təkamülü inkar edən məqalələrə rast gəlmək demək olar ki, mümkün deyil. Hətta modernistlərin əlində olan bir çox dini jurnallar da insanın heyvandan əmələ gəlməsi fikri ilə razılaşır. Əgər ümumi danışsaq, bütün qəzet mətbəələrinə başçılıq edən insanlar təkamülü sübut olunmuş dəlil hesab edir və nəzəriyyənin bütün düşmənlərini ağılsızlıqda və cahillikdə günahlandırırlar. Təkamülçülərin nəşr etdiyi jurnallar təkamül məfhumuna kölgə salan məqalələri dərc etməzlər. Mətbəələr alıcı tələbatı olmayan kitabı və ya qüvvədə olan nəzəriyyənin tərəfdarlarının hücumlarına məruz qalan kitabı çap etməzlər. Nəşriyyat öz nüfuzunu nəzərə alaraq kitabın müəllifi bütün xərcləri öz üzərinə götürsə də belə kitabı nəşr etməz. Bunun nəticəsində xalq məsələnin ancaq bir yönünü bilir. Normal insan cazibə qüvvəsi qanunu kimi təkamül nəzəriyyəsini də sübut olunmuş və həqiqi hesab edir".154
Widely accepted as the most "respected" publishing vehicles on biology and nature in the West, magazines such as Scientific American, Nature, Focus, Discover, Science and National Geographic adopt the theory of evolution as an official ideology and try to present this theory as a proven fact.
Nüfuzlu və məşhur nəşrlər hesab olunan təbiətşünaslıq profilli "Scientific American", "Nature", "Focus", "Discover", "National Geographic" kimi Qərb jurnalları təkamül nəzəriyyəsini rəsmi ideologiyalardan biri hesab edir və onu sübut olunmuş, inkaredilməz həqiqət kimi qələmə verməyə çəhd göstərirlər.
Türkiyədə isə bu vəzifə əvvəlcə "Bilim ve Texnik", "Focus" kimi "elmi" nəşriyyatlar, sonra isə əksər mətbəə, nəşriyyat orqanları tərəfindən yerinə yetirilmiş, onların köməyi ilə əhali arasında təkamül nəzəriyyəsinin şüurlu təbliğatı aparılmışdır.
"Milliyet", "Hürriyet", "Sabah", "Cümhuriyet" qəzetlərində və onların "ikinci dərəcəli" ədəbiyyatlarında mütəmadi olaraq təkamülün təbliğatı aparılır. Mətbuat yaydığı təkamül xəbərləri və izahlarla birgə öz "ictimai tədbirlərində" də bu missiyanı həyata keçirməyə çalışır. Onların nəşriyyatında dərc olunan və pulsuz paylanan kitablarla tanış olduqca açıq təkamül təbliğatını və paralel olaraq dinə qarşı düşmən münasibətini müşahidə etmək olar.
Məsələn, 1996-cı ildə "Milliyət" nəşriyyatında buraxılmış "Darvin: yeni başlayanlar üçün" kitabı Darvini tərifləyir və dinin ünvanına çoxlu sayda təhqirlər yağdırır. Kitab gənclərə təkamülü elmi cəhətdən sübut olunmuş həqiqət kimi təqdim edir, təkamülün əleyhdarlarını isə əqli zəiflikdə və cahillikdə günahlandırır.
Bu kitabdan bəzi sətirləri təqdim edirik:
"Çarlz Darvin 30-cu illərdə artıq növlərin mənşəyini aydınlaşdıra bilmiş, bu zaman müxtəlif istiqamətli dəyişiklikləri və həyat uğrunda mübarizə anlayışlarını birləşdirərək növlərin inkişafında Allahın rolunu istisna etmişdir. 1959-cu ildə tərəddüdlərə baxmayaraq nəzəriyyə əksəriyyət tərəfindən qəbul olunmuşdu. Təbii ki, əleyhdarlar da var idi. Geridə qalmışlar və savadsızlar kitabı başa düşə bilmədilər... Qalan dindar insanlar isə Darvinin Avropada ən təhlükəli insan olması haqqında şayiələr yayaraq sakitləşdilər. Əleyhdarların arasında yalnız dinin "səfeh" nümayəndələri deyildilər. Ənənəvi Yaradılışa inanan alimlər də nəzəriyyə ilə razılaşa bilmirdilər... "
Təkamülün tərəfdarları olan yerli mətbuat nümayəndələri əksər hallarda cahil olduqları qədər də dinin əleyhdarları idilər. Onlar çox zaman təkamül haqqında heç nə bilmədən inadla təbliğat aparırlar. Bu səbəbdən onlar hərdən gülünc vəziyyətdə qalırlar... 1985-ci il, martın 28-də "Cümhuriyet" qəzetində dərc olunan "Dinçerler 25 min illik yaşı olan skelet qalıqlarını inkar edir" başlıqlı məqalə buna yaxşı nümunədir (Dinçerler hər şeyin İlahi tərəfindən yaradılmasına inanan, təkamülü inkar edən tanınmış türk jurnalistidir). Təkamülün kor tərəfdarı olan "Cümhuriyet" qəzeti öz xəbərlər bölməsində yazır: "Xalq Təhsili Nazirliyi tərəfindən elmi saxtakarlıq kimi xarakterizə olunmuş Yava, Pekin, Piltdaun, Nebraska skelet qalıqları müasir antropologiya tərəfindən tapılmış insan təkamülünün ən mühüm sübutları hesab olunur".
Bununla belə əvvəlki fəsillərdən bildiyimiz kimi, bu qalıqlardan ikisi - Piltdaun və Nebraska qalıqları saxtadır və bu, hamıya məlum faktdır. 1950-ci ildə aydın oldu ki, Piltdaun skelet qalıqları insanın kəllə sümüyündən və meymunun çənə sümüyündən quraşdırılmışdır. Amma "Cümhuriyet" qəzeti nədənsə bilmirdi ki, əsl həqiqət bu xəbərin dərcindən hələ 30 il öncə məlum idi.
