Həyatın Mənşəyi
AZEN

Təkamül nəzəriyyəsi materialist zərurətdir

Materialistlər, Yalançı və Həqiqi İnam

Oxu müddəti: ~2 dəq.

İndi biz görürük ki, materialist fəlsəfədən asılı olan mühit cəmiyyəti kor-koranə inandığı təkamül nəzəriyyəsinin xətrinə açıq şəkildə və utanmadan aldadaraq elmə çox böyük ziyan vurdu. Amma onunla da razılaşmaq lazımdır ki, yuxarıda göstərilən mühit öz iradəsindən asılı olmayaraq çox mühüm "xidmət" də göstərdi.

Bu "xidmət" də ondan ibarətdir ki, bəlli çevrələr öz qeyri-real ateist fikirlərini yaymağa və qanuniləşdirməyə can ataraq insanlara İslam adı altında gizlənən, təhrif edilmiş mürtəce fikirlər təqdim edir. Rəvayətlərə, xurafata, əfsanələrə əsaslanan və Quran və İslamla heç bir əlaqəsi olmayan saxta din materialist-təkamülçülərin təzyiqi nəticəsində ifşa olundu. Burada Quranda müəyyənləşdirilmiş həqiqi İslamla heç bir qarşılıqlı əlaqə yoxdur. Səhih mənbələrə və həqiqi sübutlara əsaslanmayan, riyakar təbəqələr tərəfindən İslam adı ilə təqdim olunan saxta dinin məntiqsizliyi, nizamsızlığı, ziddiyyətli olması təkamülçülərin fəaliyyəti nəticəsində üzə çıxdı.

Beləliklə, materialistlər külli miqdarda insanın cəhalət qaranlığından çıxaraq həqiqi mənbələrə müraciət etməsinə, Quranı öyrənməsinə və onu əsas tutmasına səbəb oldular. Onlar özlərinin də xəbəri olmadan Allahın iradəsini həyata keçirir, onun dininə xidmət edirlər. Bununla bərabər cəmiyyətə Allah adından saxta dini təqdim edən düşüncələrinin bütün primitivliyini göstərirlər və insanları hədələyən mürtəce sistemin təsirinin zəifləməsinə kömək edirlər. Allah onun dininin düşmənlərini bir-birinin əksinə olmaqla qarşı-qarşıya qoyub bundan istifadə edərək əsl dinin varlığına şərait yaradır. Burada materialistlər onlar üçün ayrılmış rolu oynayırlar. Allahın bu qanunu haqqında Quranda belə deyilir:

"...Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, birini o birilərinin üstündə saxlamasaydı, yer üzü fitnə-fəsada uğrardı..." ("Bəqərə" surəsi, 251).

Burada biz təkamül materializmi əqidəsinin tərəfdarlarına şans verilməsinin zəruri olduğunu hesabladıq. Bəlkə də bu insanlar düzgün yol axtarışında idilər, amma hələ uşaq vaxtından İslam haqqında uydurmaların, xurafatların və hər cür xülyaların, İslam adından təqdim olunan yalanların təsiri altına düşərək inamdan uzaqlaşmış və həqiqəti başa düşmək imkanından məhrum olmuşlar. Əslində Quranın məğzi onlara öyrədilən və İslam kimi təqdim olunandan çox fərqlidir.

Buna görə də biz onlara Quranı götürməyi və Allahın bu kitabını səmimi və qərəzsiz şəkildə, vicdanla oxumağı və dinin həqiqətlərini bu mənbədən öyrənməyi məsləhət görürük.