Həyatın Mənşəyi
AZEN

XX əsr faşizminin təhlili

Zidd Fikirlərin Təzyiqlərlə Yox Edilməsi

Oxu müddəti: ~3 dəq.

Kütləvi kitab yandırma mərasimlərinin keçirilməsi üçün Alman Gənclik jurnalında edilən çağırış.
Kütləvi kitab yandırma mərasimlərinin keçirilməsi üçün Alman Gənclik jurnalında edilən çağırış.

Faşizmin cəmiyyətin beynini yuma səyinin maraqlı bir əlaməti nasist Almaniyasında müşahidə olunan kütləvi kitab yandırma mərasimləridir. Bu mərasimlərin birincisi 1933-cü il 10 may tarixində həyata keçirildi. Əvvəllər dünyanın ən yaxşıları olaraq tanınan alman universitet tələbələri Berlin və Almaniyanın digər şəhərlərində toplanıb "almanların sözü olmayan" fikirlərlə dolu kitabları yandırdılar. Minlərlə kitabı ətrafında nasist salamı verərək, nasist marşı və mahnıları oxuyaraq oda atdılar.

Nasist təbliğatının məsulu Cozef Goebbels Berlində şagirdlər qarşısında etdiyi çıxışında bunları demişdi:

"...Alman inqilabının ani hücumu yenə almanların çəkdiyi istiqamətdəki yolu işıqlandırmışdır. Gələcək alman vətəndaşı yalnız kitabların adamı olmayacaq, lakin xarakter adamı olacaq. Biz sizi bu aqibətə hazırlamaq üçün öyrətmək istəyirik. Bu gənc nəslin vəzifələri gənc bir insan olaraq, mərhəmətsiz baxışla üzləşmək üçün lazım olan cəsarətə sahib olmaq, ölüm qorxusunun öhdəsindən gəlmək və ölüm üçün hörməti yenidən qazanmaqdır. Və beləcə gecənin bu saatında keçmişin pis ruhunu yandırmaqda müvəffəqiyyət əldə edərsiniz. Bu güclü, böyük və simvolik bir hərəkətdir. Bu hərəkət qeyd edəcəklərimi dünyanın qarşısında hər kəsin öyrənməsi üçün sənədləşdirilməlidir. Burada Noyabr (Demokratik) Respublikasının ziyalı sistemi yox olur, lakin bu izdən çıxacaq yeni bir ruh qələbəylə yüksələcək..." (http://www.historyplace.com/worldwar2/ holocaust/h-bookburn.htm)

Kitab yandırmaq faşist rəhbərliklərin ən diqqətə çarpan xüsusiyyətlərinin bir əlamətidir. Faşist dövlət yalnız öz ideologiyasının öyrənilməsinə izn verər. Bunun xaricində heç bir insan hər hansı bir başqa fikirə sahib olmamalıdır. Bu fikrindən ötrü ya cəzalandırılar, ya kitabı yandırılar, ya da bir yolla susdurular. Hər fərd yalnız dövlətin ideologiyasına xidmət edən bir vasitə kimi görünür. Bu ideologiyanı mənimsəməyənlərə isə güc və təzyiqdən istifadə etməklə istənilən hər şey etdirilir.

Ortada Propaganda Bakanı Joseph Goebbels
Ortada Propaganda Bakanı Joseph Goebbels

Bundan ötrü təhsil sistemi də tamamilə faşist dövlətin ideologiyasına istiqamətli olaraq qurulmuşdur. Nasional-sosializmin əsas prinsiplərinin 20-ci maddəsində bütün təhsil sisteminin dəyişdirilməsi prinsipi dururdu. Əlbəttə ki, bu dəyişiklik faşizm istiqamətində idi. Hələ ibtidai məktəb dövrlərindən etibarən uşaqlar hər cür əxlaqi dəyərlərə, insani duyğulardan uzaq, sevgi və mərhəmətdən məhrum olaraq duyğusuz bir şəkildə yetişdirilirdilər. Güclü olanın həmişə haqlı olduğu prinsipiylə yetişdirilir, kobud qüvvətin məqsədə çatmaq üçün şərt olduğuna inandırılırdılar. 10-18 yaşındakı alman uşaqlarına xitab edən təşkilat isə "Hitler Jugend", yəni Hitler Gəncliyi idi. Hitler Jugendeyə üzv olanların hamısından sosial həyatlarında çox diqqətli olmaları və nasist əleyhdarlarını şpionlamaları tələb olunurdu. Aralarından ata analarını şikayət edənlər belə çıxırdı. Hitler gəncliyi getdikcə böyüdü və 1935-ci ildə bütün gənc əhalinin 60%-ni öz tərkibi altında saxlayan hala gəldi.

1. Nasist təbliğat məsulu Gebbels Berlində tələbələr qarşısında çıxışı zamanı.
1. Nasist təbliğat məsulu Gebbels Berlində tələbələr qarşısında çıxışı zamanı.
Nasistlərin kitab yandırma mərasimi. Faşist dövlət yalnız öz ideologiyasının oxunmasına və öyrədilməsinə icazə verir. Buna görə də kitab yandırmaq faşist rejiml
Nasistlərin kitab yandırma mərasimi. Faşist dövlət yalnız öz ideologiyasının oxunmasına və öyrədilməsinə icazə verir. Buna görə də kitab yandırmaq faşist rejimlərin ən səciyyəvi xüsusiyyətlərindəndir. Nasist Almaniyasında kitab yandırmaq xüsusi "mərasimlərlə" həyata keçirilmişdir. Görüntülər 10 may 1933-cü ildə alman universitet tələbələrinin Berlindəki kütləvi kitab yandırma dəliliyini göstərir.

Yenə faşist rejimlərin tətbiq etdikləri ortaq taktikalardan biri də xalqı və xüsusilə də gəncləri təhsildə məkrli bir siyasətlə istiqamətləndirmələri idi. Cəmiyyətdən tarixi həqiqətləri gizlədir, bunun əvəzinə özləri tərəfindən yaradılmış xəyali bir tarix öyrədirdilər. Buradakı məqsəd isə xalqı faşist ideyalar əsasında birləşdirə bilmək və onları faşist siyasətlər mövzusunda şövqləndirəcək, faşizmə daha da bağlanmalarını təmin edəcək bir mədəniyyət meydana gətirmək idi. Təhsil mərhələlərində istər tarix, istərsə də fəlsəfə tamamilə faşist dövlət tərəfindən təşkil edilirdi. Beyinlər hiss etdirilmədən faşist ideologiya ilə yuyunur, bundan başqa bütün fikirlərə senzura tətbiq edilirdi.