Oxu müddəti: ~5 dəq.

Faşistlərin qadınlara olan bu alçaldıcı yanaşmalarının mənşəyi də, digər bir çox mövzuda olduğu kimi Darvinizmdir. Faşistlər Darvinin yalnız irqlər arasındakı bərabərsizlik fikrini qəbul etməklə kifayətlənməmiş, kişilərin qadınlardan üstün olduğu istiqamətindəki fikirlərini də mənimsəmişlər. Darvin Descent of Man adlı kitabında qadınların idrak etmə, tez qavrama və təqlid mövzusunda "daha aşağı irqlərin xüsusiyyətlərini daşıdıqlarını və buna görə də daha köhnə və aşağı bir mədəniyyət səviyyəsinə sahib olduqlarını" yazmışdı (62). Darvinin öz sözləri ilə təkamül, bir cinsin üzvlərinin -xüsusilə, də kişilərin- digər cinsi, öz hakimiyyətləri altına salmaq üçün mübarizə aparmaları deməkdi (63). Həmçinin Darvinə görə, qadınların bəzi xüsusiyyətləri aşağı irqlərin xüsusiyyətləri olduğundan qadınlar kişilərə görə daha aşağı bir mədəniyyət səviyyəsinə sahibdilər (64).
Darvinə görə kişilər yalnız bədən və ağıl cəhətdən qadınlardan üstün deyildilər, həmçinin seleksiya gücünü qazanmışdılar. Təkamül kişilərin əlində idi və qadınlar olduqca passiv idilər. Nəticə etibarilə qadınlar daha az inkişaf etmişdilər və daha ibtidai idilər, buna görə də qadınların ən böyük zəiflikləri olan instinktləri və hissləri xeyli güclü idi (65).
Darvin həyatı boyu təkamül üçün əhəmiyyətli olduğuna inandığı kişi üstünlüyü fikrini davam etdirdi. Bu mövzuyla əlaqədar olaraq əmisi oğlu Frensis Qaltonun nəzəriyyələrinə də istinad edərək bunları demişdi:
"...İki eşşəyin zehni bacarıqlarındakı başlıca fərq, istər dərin düşüncəni, sağlam fikri, istər xəyal kimi görünən, istərsə də yalnız hisslərdən və əllərdən istifadəni tələb edən işləri ələ alarkən kişinin qadının çata biləcəyindən daha yüksək bir səviyyəyə çatmasıdır. Şeir, şəkil, heykəl, musiqi (istər bəstə, istərsə də səsləndirmə), tarix, elm və fəlsəfədə ən məşhur kişilərin və qadınların bir çox ad ehtiva edən siyahıları çıxarılsa, bu siyahılar müqayisəyə ehtiyac buraxmaz. Bəy Qaltonun Hereditary Genius adlı əsərində çox gözəl izah etdiyi orta miqdarlardan sapma qanunundan, kişilər bir çox mövzuda qadınlardan konkret şəkildə üstündürsə, kişidəki yuvarlaq zehni gücün qadınınkından yüksək olması lazım olduğu nəticəsini də çıxara bilərik"(66).
Darvinin bu fikirləri əslində onun qadınlara qarşı fərdi yanaşmasından da aydın olurdu. Darvin qadının nikahdakı rolunu belə təsvir edirdi: "Daimi bir dostluq (yaşlılıqda belə davam edən bir dostluq), sizinlə maraqlanacaq biri -bir itdən daha yaxşı başınızı qata biləcək- ev və evin məsuliyyətlərini üzərinə götürəcək biri..." (67). Göründüyü kimi Darvin ailə birliyinə və qadınlara tam bir materialist gözüylə baxırdı. Bu dünyagörüşündə sevgidən, hörmətdən, bağlılıqdan, şəfqət və mərhəmətdən əsər-əlamət yox idi.

Geneva Universitetində təbiət tarixi professoru olan təkamülçü və materialist Karl Voqt da qadınlara qarşı alçaldıcı fikirlər bəsləyirdi. Voqt belə yazmışdı: "İnsan dişiləri kişilərdən çox aşağı, heyvan növlərinə daha yaxındır”. Buna görə də əgər özümüzə standart bir qadın alsaydıq, daha çox meymuna bənzər xüsusiyyətlərə rast gələrdik.
Darvininin iziylə gedən bir çox təkamülçü, qadınların bioloji və zehni cəhətdən kişilərdən daha aşağı olduğunu iddia etməyi davam etdirdilər. Hətta bəzi təkamülçülər kişiləri və qadınları iki fərqli psixoloji növ kimi təsnif etmişdilər: Bu təsnifatda kişilər homo frontalis, qadınlar isə homo parietalis adlanırdı (68). Bir təkamülçü olan Morqan, Darvinin kişiləri, qadınların nə üçün aşkar bir şəkildə alçaq və daha aşağı təbəqədə olduqlarının səbəbləri üzərində çalışmağa həvəsləndirdiyini bildirmişdi (69).
Parisdə Tibb Fakültəsindən təkamülçü Paul Broca isə (1824-1880) xüsusilə də kişilər və qadınlar arasındakı ağıl və beyin həcmləri ölçüləriylə maraqlanmışdı. Qadın beyninin olduqca kiçik olan həcmini, onun ağıl cəhətdən aşağı olmasıyla əlaqələndirmişdi. Darvinin yolunu gedənlərdən olan təkamülçü ictimai psixoloq Qustave Le Bon isə (1841-1931) belə yazmışdı:
Qadınların beyinləri kişilərdən çox qorillaların beyinlərinə yaxındır. Qadınların aşağı irqə sahib olduğu o qədər diqqətə çarpır ki, heç kim doğruluğu haqqında mübahisə etmir; yalnız dərəcəsi barəsində mübahisə aparmağa dəyər... Qadınlar insan təkamülünün ən aşağı formasını təmsil edirlər və yaşlılardan və mədəni kişilərdən çox uşaqlara, vəhşilərə daha yaxındırlar. Vəfasızlıqda, əsassızlıqda, düşüncə və məntiq əksikliyində və səbəb çatışmazlığında üstündürlər. Şübhəsiz ki, orta hesabla bir kişidən daha üstün olan qadınlar mövcuddur, amma bunlar anadangəlmə çirkin olan istisna şeylərdir. Məsələn, iki başlı bir qorilla kimidirlər. Nəticə etibarilə onları tamamilə diqqətdən kənarda qoya bilərik" (70).
Faşizmin qadınlara əhəmiyyət verməməsinin və dəyərsiz görməsinin təməlində, Darvinizmin eyni istiqamətdəki uydurma elmi təlqinləri durur. Mussolininin qadınların sosial hüquqlarını əllərindən alması, Hitlerin üstün irqi çoxaltmaq üçün "çoxalma fermaları" yaradaraq, gənc qızları bu fermalarda SS zabitləriylə cinsi əlaqədə olmağa məcbur etməsi, faşistlərin qadınlara necə baxdıqlarının bir əksidir. Darvinistlər də, faşistlər də qadın düşmənidirlər. Qadınları həm aşağı və inkişaf cəhətdən geri qalmış bir növ kimi görmüş, həm alçaltmış, həm də onlara qarşı ayrı-seçkilik və zorakı üsullardan istifadə etmişdilər.
Faşistlərin bu üsulları da Quran əxlaqı ilə tamamilə ziddir. Allah Quranda qadınlara qarşı olduqca şəfqətli, hörmətlə və qoruyucu şəkildə davranılmasını əmr etmişdir. Bununla yanaşı hz. Məryəm və Fironun arvadı kimi üstün əxlaqa sahib qadınları insanlara nümunə göstərmişdir. Allah Qatında üstünlük insanların irqlərinə, cinsiyyətlərinə və ya mövqelərinə görə deyil, Allaha olan yaxınlıq və imanlarına görədir. Allah Quranın bir çox ayəsində bütün iman edənlərin, qadın-kişi ayrı-seçkiliyi aparılmadan etdikləri əməllərin əvəzini tam olaraq alacaqlarını belə xəbər vermişdir:
“Rəbbi onlara belə cavab verdi: “Mə sizlərdən bir iş görənin – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm..."
(Ali İmran surəsi, 195)
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.
(Nisa surəsi, 124)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
(Nəhl surəsi, 97)
Bəzi cəmiyyətlərdə din əxlaqından uzaqlaşılmasıyla birlikdə bu həqiqətlər də nəzərə alınmamış və bunun əvəzinə hər cür irq və cinsiyyət ayrı-seçkiliyini qanuni hesab edən faşizm, Darvinizm kimi xurafatlar yaranmışdır.
